Tacikistan Orta Dəhlizin inkişafında iştirakını gücləndirir
Tacikistan Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, TBNM) boyunca səmərəli yük daşımalarını təmin etmək üçün logistika mərkəzlərinin yaradılması məsələlərində beynəlxalq donorlarla fəal əməkdaşlıq edir.
Bu barədə “Report”a Tacikistanın İqtisadi İnkişaf və Ticarət Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Tacikistan Özbəkistan, Türkmənistan və regionun digər ölkələri ilə fəal şəkildə əməkdaşlıq edir: "Dəmir yolu ilə yük daşımalarında qarşılıqlı güzəştlərin tətbiqi haqqında sazişlər imzalanıb. Tranzit yüklərin həcminin daha da artırılmasına kömək etmək üçün digər tərəfdaşlarla da analoji təşəbbüslər nəzərdən keçirilir".
Nazirlikdən bildirilib ki, Tacikistan xüsusilə kənd təsərrüfatı məhsullarının ixracı kontekstində nəqliyyat-logistika infrastrukturunun inkişafına xüsusi diqqət yetirir: "Ölkə böyük həcmdə tez xarab olan kənd təsərrüfatı məhsulları istehsal edir və onların ixracı üçün qablaşdırmadan göndərilməyə qədər sürətli və səmərəli logistika xidməti tələb olunur".
Məhz bu səbəbdən logistika və Orta Dəhlizdə iştirak mövzusu hökumətlərarası komissiyanın Duşənbədə keçirilən yeddinci iclasında əsas mövzu olub. Nazirlik nümayəndələrinin sözlərinə görə, tərəflər nəqliyyat-logistika infrastrukturunun inkişafına fəal şəkildə köməklik göstərmək üçün səy göstərirlər.
Tacikistanın İqtisadi İnkişaf Nazirliyində həmçinin qeyd ediblər ki, ölkə yük dövriyyəsinin bir hissəsinin Azərbaycan ərazisindən keçdiyi Orta Dəhlizin istifadəsinə inteqrasiya istiqamətində addımlar atır.
"Biz həmçinin region ölkələri tərəfindən marşrutun istifadəsinin optimallaşdırılması məqsədinə xidmət edən Mərkəzi Asiyanın nəqliyyat strategiyasının hazırlanmasında iştirak edirik", - nazirlikdən vurğulayıblar.
Xatırladaq ki, 2024-cü ildə Orta Dəhlizlə yük daşımalarının həcmi 62 % artaraq 4,5 milyon tona çatıb. 2025-ci ildə bu göstəricinin artaraq 5,2 milyon tona çatacağı gözlənilir ki, bunun da 4,2 milyon tonu marşrutun iştirakçısı olan ölkələrin ərazisindən keçəcək. Bu həcmin 2,5 milyon tonu quru yüklərin (96 min TEU), 1,7 milyon tonu isə neftin payına düşəcək.
2027-ci ilə qədər marşrutun ötürücülük qabiliyyəti ildə 10 milyon tona çata bilər ki, bu da Azərbaycanın tranzit potensialının genişləndirilməsi və infrastruktura əlavə investisiyaların cəlb edilməsi üçün dayanıqlı baza yaradacaq.
Oxşar xəbərlər
Tacikistan rəsmisi: “Avrasiya Nəqliyyat Marşrutu regionda yükdaşımaların həcmini artıracaq"
Tacikistan rəsmisi: “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası ilə yük həcmi artacaq"
Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyasının yaradılması müzakirə olunub
Azərbaycan və Tacikistan Hökumətlərarası Komissiyanın 8-ci iclasına hazırlaşır
Qazaxıstan və Gürcüstan Orta Dəhlizin inkişafını müzakirə ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












