Gürcüstanda Orta Dəhliz çərçivəsində nəqliyyat-logistika konfransı olacaq
Gələn ay "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu" (Orta Dəhliz) Beynəlxalq Assosiasiyası Niderlandın “APM Terminals” şirkəti ilə birgə Gürcüstanda "Qara dəniz limanları və logistika 2025" adlı konfrans təşkil edəcək.
Bu barədə “Report” assosiasiyaya istinadən xəbər verir.
11-13 mart tarixlərində keçiriləcək konfransda 30 dünya səviyyəli spiker nəqliyyat və logistika mövzularında çıxışlar edəcək, həm qlobal, həm də regional ticarət və investisiyalarla bağlı aktual problemləri və çağırışları nəzərdən keçirəcəklər.
Tədbirdə Orta Dəhliz ölkələrindən 300-dən çox yüksək vəzifəli hökumət rəsmisi, yük göndərənlər, yük sahibləri, idxalçılar/ixracatçılar, logistika şirkətləri, limanlar, terminal operatorları, dəmir yolu operatorları, xidmət təchizatçıları və s. iştirak edəcək.
Orta Dəhliz Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən keçərək Avropaya qədər uzanır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti dəhlizin bir hissəsidir.
Oxşar xəbərlər
Rumıniya və Qazaxıstan Orta Dəhlizin inkişafı üzrə iş aparır
Orta Dəhlizlə yükdaşımalar 62 % artıb
Bakıda Orta Dəhlizin inkişaf perspektivlərinə dair müzakirələr aparılacaq
Orta Dəhliz vasitəsilə konteyner yükdaşımaları 14 dəfə artıb
"Albayrak" Orta Dəhlizin buraxılış gücünü artırmaq istəyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












