AERA: Qaz tariflərinin müəyyən olunmasında aktiv rolumuz olub
Azərbaycanda qaz tariflərinin müəyyən olunması, onların müxtəlif təchizat sahələri üzrə hesablanmasında Energetika Nazirliyinin tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyinin çox aktiv rolu olub.
“Sizinxeber.az” xəbər verir ki, bunu Energetika Nazirliyinin tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyinin direktor müavini Rövşən İsmayılov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında - sözügedən sənədin müzakirəsi zamanı bildirib.
O bildirib ki, “Qaz təchizatı” haqqında qanun layihəsi çərçivəsində Tarif Şurası ilə əməkdaşlıq olunur: “Yeni qanun layihəsi çərçivəsində işlərə artıq başlanılıb. Biz bu istiqamətdə artıq Tarif Şurası ilə əməkdaşlıq edirik”.
O qeyd edib ki, son tarif dəyişikliklərində də Tarif Şurası ilə işbirliyi olub: “Baxmayaraq ki, bu səlahiyyətlərin layihədə 2028-ci ildə tətbiqi nəzərdə tutulsa, artıq həmin dövrə qədər biz müəyyən işlərin görülməsini, məsələn, metodologiyaların hazırlanmasını aidiyyatı dövlət qurumları ilə həyata keçiririk. Aidiyyəti dövlət qurumları ilə əlaqələrin qurulması sahəsində işlərimizi görürük”.
Oxşar xəbərlər
Azərbaycanda qaz təchizatı sektorunda 8 növ qiymət müəyyənləşdirilir
“Qaz təchizatı haqqında” qanun layihəsinin hazırlanmasının məqsədi açıqlanıb
Azərbaycanda sudan istifadə tariflərinin diferensiallaşdırılması ilə bağlı qanun layihəsi hazırlanıb
"İstilik təchizatı haqqında" qanun layihəsi parlamentə daxil olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
