Azərbaycanda qaz təchizatı sektorunda 8 növ qiymət müəyyənləşdirilir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
10 
in
2025
15:30

Azərbaycanda qaz təchizatı sektorunda 8 növ qiymət müəyyənləşdirilir

10 in, 2025
15:30
286

Azərbaycanda qaz təchizatı sektorunda 8 növ qiymət müəyyənləşdirilir

Azərbaycanda qaz təchizatı sektorunda 8 növ qiymətin (tarifin) müəyyən edilməsi nəzərdə tutulur.

“Report” xəbər verir ki, bu, “Qaz təchizatı haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənəd Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, həmin qiymətlər (tariflər) aşağıdakılardır:

- qazın topdansatış tarifləri;

- qazın nəqli tarifləri;

- qazın saxlanması xidmətlərinin tarifləri;

- qazın paylanması tarifləri;

- istehlakçılara qazın pərakəndə satış tarifləri;

- qazın nəqli şəbəkəsinə qoşulma xidmətlərinin qiymətləri;

- qazpaylayıcı şəbəkəyə qoşulma xidmətlərinin qiymətləri;

- sabit tarif.

Qazın topdansatış tarifləri, qazın nəqli tarifləri, qazın saxlanması xidmətlərinin tarifləri və istehlakçılara qazın pərakəndə satış tarifləri, qazın nəqli şəbəkəsinə qoşulma xidmətlərinin qiymətləri, qazpaylayıcı şəbəkəyə qoşulma xidmətlərinin qiymətləri, sabit tarif qiymətləri (tariflər) bu qanunun qüvvəyə mindiyi gündən, qazın paylanması tarifləri isə 2027-ci il yanvarın 1-dən 2028-ci il iyulun 1-nə qədər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tənzimlənəcək.

Tənzimləyicinin səlahiyyətləri 2028-ci il iyulun 1-nə qədər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.

Tənzimləmə haqqının məbləği və ödənilmə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək və həmin məbləğ 2028-ci il iyulun 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürüləcək.

Bizimlə əlaqə saxlayın