Azərbaycanda sudan istifadə tariflərinin diferensiallaşdırılması ilə bağlı qanun layihəsi hazırlanıb
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti sudan ödənişli əsaslarla istifadə tariflərinin diferensiallaşdırılması ilə bağlı qanun layihəsi hazırlayıb.
"Report" xəbər verir ki, bunu Xidmətin Suların istifadəsinə və mühafizəsinə nəzarət şöbəsinin müdiri Ataxan Bədəlov bildirib.
"Ölkə prezidentinin 10 oktyabr 2024-cü il tarixli sərəncamı ilə təsdiqlənmiş “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"da hədəf kimi nəzərdə tutulub ki, sudan ödənişli istifadə ilə bağlı qaydaların mexanizmi hazırlanmalıdır. yəni diferrensiallaşdırılmalıdır. Bu gün su strategiyasına uyğun olaraq bu gün qarşı konkret hədəf qoyulub ki, sudan ödənişli əsaslarla istifadə diferensiallaşdırılsın. Bu o deməkdir ki, sudan az istifadə edən aşağı tariflə, çox istifadə isə yuxarı tariflə ödəniş edəcək. Məqsəd həm əhali, həm də qeyri-əhali sektorunun sudan qənaətlə istifadə etməsinin təşviq olunmasıdır. Artıq qanun layihəsi hazırlanıb. Aidiyyəti orqanlarla razılaşdırıldıqdan sonra bununla bağlı Tarif (Qiymət) Şurası qərar verəcək", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Azərbaycanda sulardan istifadə ilə bağlı konkret hədəflər müəyyənləşdirilib
Xidmət rəsmisi: "Son illər Azərbaycanın su ehtiyatları 20 %-ə qədər azalıb"
Azərbaycanda su məsələləri ilə bağlı 31 prezident fərmanı və 24 hökumət qərarı dəyişdiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
