Energetika naziri Ağstafada vətəndaşları qəbul edəcək
sizinxeber.az xəbər saytı

Energetika naziri Ağstafada vətəndaşları qəbul edəcək


Energetika naziri Pərviz Şahbazov mayın 16-da Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edəcək.

“Sizinxeber.az” Energetika Nazirliyinə istinadən xəbər verir ki, qəbul saat 11:00-dan başlayaraq Ağstafa rayon Heydər Əliyev Mərkəzində (ünvan: AZ0500, Ağstafa şəhəri, Hüseyn Arif küçəsi/1) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1146, 1147, 1245) telefon nömrələri (əlaqələndirici şəxs: Əzizə Cəfərova), [email protected] elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Tovuz filialı (əlaqələndirici şəxs: Elşad Rzayev: əlaqə telefonu: (077) 677-24-89, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.

Oxşar xəbərlər

Energetika naziri Qobustanda vətəndaşları qəbul edəcək
Energetika naziri Ucarda vətəndaşları qəbul edəcək
Energetika naziri Tərtərdə vətəndaşları qəbul edəcək
Energetika nazirinin Qobustanda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Energetika naziri Hacıqabulda vətəndaşları qəbul edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər