Energetika naziri Ucarda vətəndaşları qəbul edəcək
sizinxeber.az xəbər saytı

Energetika naziri Ucarda vətəndaşları qəbul edəcək


Energetika naziri Pərviz Şahbazov martın 14-də Ucar, Zərdab, Kürdəmir, Göyçay və Ağdaş rayonlarından olan vətəndaşları qəbul edəcək.

“Report” Energetika Nazirliyinə istinadən xəbər verir ki, qəbul saat 11:00-dan başlayaraq Ucar rayon Heydər Əliyev Mərkəzində (ünvan: AZ6100, Ucar şəhəri, Heydər Əliyev pr.73) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1146, 1147, 1245) telefon nömrələri (əlaqələndirici şəxs: Əzizə Cəfərova), [email protected] elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Kürdəmir filialı (əlaqələndirici şəxs: Elçin Məmmədov, əlaqə telefonu: (050) 509-80-50, elektron poçt ünvanı: [email protected]) və Mingəçevir filialı (əlaqələndirici şəxs: Pünhan Qurbanov: əlaqə telefonu: (070) 590-00-09, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.

Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.

Oxşar xəbərlər

Energetika naziri Qobustanda vətəndaşları qəbul edəcək
Energetika naziri Tərtərdə vətəndaşları qəbul edəcək
Energetika naziri Hacıqabulda vətəndaşları qəbul edəcək
Energetika nazirinin Qobustanda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Pərviz Şahbazov Saatlıda vətəndaşları qəbul edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle