Energetika nazirinin Qobustanda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib
sizinxeber.az xəbər saytı

Energetika nazirinin Qobustanda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib


Energetika naziri Pərviz Şahbazovun yanvarın 17-də Qobustanda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

"Sizinxeber.az" Energetika Nazirliyinə istinadən xəbər verir ki, qəbul yanvarın 24-də saat 11:00-dan başlayaraq Qobustan rayon Heydər Əliyev Mərkəzində (ünvan: AZ3700, Qobustan şəhəri, H.Əliyev pr.1) keçiriləcək.

Nazir Qobustan, Şamaxı, Ağsu və Abşeron rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs: Azər Rzayev), [email protected] elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Sumqayıt filialı (əlaqələndirici şəxs: Seymur Hacıyev, əlaqə telefonu: (050) 250-18-18, elektron poçt ünvanı: [email protected]) və Kürdəmir filialı (əlaqələndirici şəxs: Elçin Məmmədov, əlaqə telefonu: (050) 509-80-50, elektron poçt ünvanı: [email protected] ) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.

Oxşar xəbərlər

Energetika naziri Qobustanda vətəndaşları qəbul edəcək
Energetika nazirinin Tərtərdə keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Energetika naziri Tərtərdə vətəndaşları qəbul edəcək
Energetika naziri Hacıqabulda vətəndaşları qəbul edəcək
Energetika naziri Xaçmazda vətəndaşları qəbul edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle