Səltuk Düzyol: "TANAP istismara veriləndən Türkiyə və Avropaya 77,6 milyard kubmetr qaz tədarük edilib"
Trans-Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) kommersiya fəaliyyətinə başladığı gündən Türkiyə və Avropaya ümumilikdə 77,6 milyard kubmetr qaz tədarük edilib.
“Report” xəbər verir ki, bu barədə “TANAP A.Ş.” konsorsiumunun baş direktoru Saltuk Düzyol Cənub Qaz Dəhlizi və Yaşıl Enerji üzrə Məşvərət şuraları çərçivəsində Bakıda keçirilən nazirlərin görüşləri zamanı bildirib.
O vurğulayıb ki, TANAP Cənub Qaz Dəhlizinin mühüm halqasıdır, sistemin ən uzun (3 500 km) və diametrinə görə ən geniş hissəsidir.
“TANAP 2018-ci il iyunun 30-dan, boru kəməri kommersiya istismarına verildiyi gündən etibarlı və təhlükəsiz şəkildə işləyir. 30 iyun 2020-ci ildə illik tədarük həcmi 5,7 milyard kubmetr olmaqla pilot istismara başlanılıb. Bu günə qədər Türkiyəyə 32,2 milyard kubmetr qaz tədarük edilib ki, bunun da 6 milyardı çevik qrafik əsasında və nominasiyalar çərçivəsində reallaşıb”, - S.Düzyol söyləyib.
Onun sözlərinə görə, Trans-Adriatik Boru Kəmərinin (TAP) istifadəyə verilməsi ilə, 2020-ci il dekabrın 31-də Avropaya qazın kommersiya tədarükünə başlanılıb.
“Avropaya ixracın pilot mərhələsi 2022-ci il yanvarın 1-dən başlayıb. O vaxtdan bəri TAP vasitəsilə hər il 10,5 milyard kubmetr qaz tədarük edilib. Avropaya tədarükün ümumi həcmi 45,38 milyard kubmetrə çatıb ki, bunun da 4,4 milyardı çevik qrafik əsasında və nominasiyalar çərçivəsində reallaşıb”, - S. Düzyol vurğulayıb.
Oxşar xəbərlər
TANAP-la Türkiyə və Avropaya 75 milyard kubmetr qaz nəql edilib
TANAP ilə nəql edilən Azərbaycan qazının həcmi açıqlanıb
Bu il Azərbaycan Avropaya qaz ixracını 10 %-dən çox artırıb
Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci iclasının vaxtı məlum olub
TANAP-la qazın nəqli 75 mlrd. kubmetrə çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
