Naxçıvanda ötən ay “yaşıl enerji”nin payı 53 % təşkil edib
Bu ilin mart ayında Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin istismar sahəsində istehsal olunan elektrik enerjisinin 52,8 %-i alternativ və bərpa olunan enerji mənbələrinin payına düşüb.
"Sizinxeber.az"un yerli bürosunun məlumatına görə, ötən ay Dövlət Energetika Xidmətinin istismar sahəsində olan elektrik stansiyalarında 29 milyon 525 min 626 kVt/saat elektrik enerjisi istehsal edilib.
Bunun 13 milyon 929 min 379 kVt/saatı və ya 47,2 %-i istilik elektrik stansiyalarında, 9 milyon 345 min 375 kVt/saatı və ya 31,6 %-i su elektrik stansiyalarında, 6 milyon 250 min 872 kVt/saatı və ya 21,2 %-i günəş və külək-günəş hibrid elektrik stansiyalarında istehsal edilib elektrik şəbəkələrinə ötürülüb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi elektrik enerjisi istehsalında istilik elektrik stansiyalarının payı 14,5 % azalıb, su elektrik stansiyalarının payı 8,9 %, günəş elektrik stansiyalarının payı 5,5 % artıb.
Alternativ və bərpaolunan enerji mənbələrində 15 milyon 596 min 247 kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu göstərici ümumi enerjinin 52,8 %-ni təşkil edir.
Oxşar xəbərlər
Naxçıvanda alternativ enerji istehsalı artıb
Naxçıvanda alternativ enerji mənbələrinin istehsal payı artıb
Sentyabrda Naxçıvanda “yaşıl enerji”nin istehsal payı 35 % olub
Naxçıvanda elektrik enerjisi istehsalının 55 %-i “yaşıl enerji”nin payına düşür
Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 8,4 min MVt-ı ötüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"












