Naxçıvanda elektrik enerjisi istehsalının 55 %-i “yaşıl enerji”nin payına düşür
sizinxeber.az xəbər saytı

Naxçıvanda elektrik enerjisi istehsalının 55 %-i “yaşıl enerji”nin payına düşür


Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında istehsal olunan ümumi elektrik enerjisinin 55 %-i alternativ və bərpa olunan enerji mənbələrinin payına düşür.

Bu barədə "Sizinxeber.az"un yerli bürosu muxtar respublikanın Dövlət Energetika Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu ilin yanvar-avqust ayları üzrə istehsal olunan ümumi elektrik enerjisinin 45 %-i İstilik Elektrik Stansiyalarında, 42 %-i Su Elektrik Stansiyalarında, 13 %-i isə Günəş Elektrik Stansiyalarında istehsal olunaraq elektrik şəbəkələrinə ötürülüb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə alternativ və bərpa olunan enerji mənbələrində istehsal olunan elektrik enerjisinin həcmi 20 %-ə yaxın artıb.

Oxşar xəbərlər

Naxçıvanda alternativ enerji mənbələrinin istehsal payı artıb 
Azərbaycanda yaşıl enerjinin istehsalı kəskin artıb
Azərbaycan elektrik enerjisinin istehsalını cüzi azaldıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər