Rusiya yanvar-oktyabrda Çinə neft ixracını 2 % artırıb
sizinxeber.az xəbər saytı

Rusiya yanvar-oktyabrda Çinə neft ixracını 2 % artırıb


Yanvar-oktyabr aylarında Rusiyadan Çinə neft tədarükünün həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 % artaraq 90,4 milyon ton təşkil edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Baş Gömrük İdarəsi məlumat yayıb.

Bu enerji xammalının tədarükünün dəyəri illik hesablamada 6,4 % artaraq 52,8 milyard dollar təşkil edib. Neft Rusiyanın Çinə ümumi ixracının dəyərinin yarısını təşkil edir.

Oktyabr ayında Rusiya Çinə 9,8 milyon ton neft ixrac edib ki, bu da sentyabr ayı ilə müqayisədə 13,5 % çoxdur. İxracın dəyəri 5,2 milyard dollar təşkil edib.

Rusiya yanvar-oktyabr aylarında Çinin ən böyük neft tədarükçüsü olaraq qalır. İkinci yerdə Səudiyyə Ərəbistanı (65,3 milyon ton, 40,5 milyard dollar), üçüncü yerdə isə Malayziya (56,8 milyon ton, 31,4 milyard dollar) qərarlaşıb.

Oxşar xəbərlər

Bu il Azərbaycan 14 milyon tondan çox neft ixrac edib
Azərbaycan qeyri-neft-qaz ixracını 1 %-dən çox artırıb
"Bakı Fond Birjası"nın dövriyyəsi 3 dəfəyə yaxın artıb
Bu il Azərbaycan təbii qaz ixracını 3 %-dən çox artırıb
Gürcüstanın altı ayda turizmdən əldə etdiyi gəlir rekord həddə – 1,9 milyard dollar təşkil edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər