“Haber Global”: Türkiyənin bərpa olunan enerji investisiyaları beynəlxalq diqqəti cəlb edir
sizinxeber.az xəbər saytı

“Haber Global”: Türkiyənin bərpa olunan enerji investisiyaları beynəlxalq diqqəti cəlb edir


Türkiyə İnkişaf və İnvestisiya Bankının baş direktoru İbrahim Öztop ölkəsinin bərpa olunan enerji sərmayələrində beynəlxalq diqqət çəkdiyini bildirib.

“Sizinxeber.az” “Haber Global”a istinadən xəbər verir ki, İ.Öztop bu barədə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) sualları cavablandırarkən deyib.

"Xüsusən inkişaf etməkdə olan ölkələrdə beynəlxalq inkişaf bankları tərəfindən, nümunə göstərilən ölkəyik. Bizə çox ciddi maraq göstərirlər”, - direktor deyib.

O, COP29-un bir çox ölkələrin rəsmilərinin və eksperti bir araya gətirən əhəmiyyətli tədbir olduğunu vurğulayıb.

Öztop Türkiyənin İnkişaf İnvestisiya Bankı olaraq Dünya Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı kimi qurumlardan sərmayə qaynaqları tapmağa çalışdıqlarını vurğulayıb. “Son 5 ildə ölkəmizə təxminən 5 milyard dollar vəsait gətirdik. Xüsusən bərpa olunan enerji, enerji səmərəliliyi və biomüxtəliflik məsələlərini maliyyələşdiririk", - o deyib.

İbrahim Öztop bildirib ki, xarici ölkələrin rəsmiləri ilə görüşlərində Türkiyənin diqqəti cəlb etdiyini müşahidə edib: "Açığı, ölkəmiz dinamizmi və indiyə qədər gördükləri işlərlə seçilir. İnkişaf etməkdə olan ölkələrdə beynəlxalq inkişaf banklarının nümunə göstərdiyi ölkəyik. Bizə çox ciddi maraq var”.

O, qeyd edib ki, bu yaxınlarda Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının toplantılarına qatılıb. "Orada da çox ciddi investor marağı var idi. Beynəlxalq inkişaf təşkilatlarının rəsmiləri ilə danışdım. Onlarla yenidən görüşəcəyik", - Türkiyə İnkişaf və İnvestisiya Bankının baş direktoru əlavə edib.

Oxşar xəbərlər

Dünyadakı inkişaf banklarının iqlim dəyişikliyi ilə mübarizəyə ayırmaları rekord həddə çatıb
Dünya Bankı inkişaf etməkdə olan ölkələrdə maliyyə institutlarını gücləndirmək istəyir
Misirli nazir: "Yaşıl investisiya”ların 15 %-i cənubda yerləşən ölkələrin payına düşür"
Haber Global: Türkiyə naziri TDT-nin iclasında ölkəsinin ekoloji sahədə liderlik etdiyini bildirib
EBRD COP29 çərçivəsində təşkil edəcəyi tədbirləri açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle