Dünyadakı inkişaf banklarının iqlim dəyişikliyi ilə mübarizəyə ayırmaları rekord həddə çatıb
sizinxeber.az xəbər saytı

Dünyadakı inkişaf banklarının iqlim dəyişikliyi ilə mübarizəyə ayırmaları rekord həddə çatıb


2023-cü ildə dünyadakı inkişaf bankları iqlim dəyişikliyi ilə mübarizəyə 125 milyard ABŞ dolları vəsait ayırıb ki, bu da rekord məbləğdir.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “İnterfaks” Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) hesabatına istinadən məlumat yayıb.

Bu məbləğin 74,7 milyard ABŞ dolları aşağı və orta gəlirli ölkələrə yönəldilib, 46,9 milyard ABŞ dolları isə investisiya məqsədləri üçün kredit şəklində ayrılıb.

2022-ci ildə qlobal iqlim maliyyəsi 111,2 milyard ABŞ dolları təşkil edib ki, bunun da 60,9 milyard ABŞ dolları aşağı və orta gəlirli dövlətlərin payına düşüb.

“Biz çoxtərəfli inkişaf bankları üçün bir qrup olaraq, eləcə də EBRD üçün rekord səviyyəli iqlim maliyyələşdirməsini yenidən elan etməkdən çox məmnunuq”, - Bankın iqlim strategiyası və reallaşdırma üzrə idarəedici direktoru Harri Boyd-Karpenter deyib.

"Biz 2023-cü ilin həm temperatur, həm də bərpa olunan enerji qurğularının həcmi üzrə görünməmiş bir il olduğunu dərindən dərk edirik. Bu, həm fövqəladə iqlim vəziyyətinin həllinin vacibliyini, həm də iqtisadi imkanların miqyasını vurğulayır", - o vurğulayıb.

Hesabata Afrika İnkişaf Bankı, Asiya İnkişaf Bankı (ADB), Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB), Avropa Şurasının İnkişaf Bankı, EBRD, Avropa İnvestisiya Bankı (AIB), İslam İnkişaf Bankı (IIB), Yeni İnkişaf Bankı və Dünya Bankı Qrupunun (DB) məlumatları daxil edilib.

Oxşar xəbərlər

Rusiyalı milyarderlərin sərvəti 2023-cü ildə 50 milyard ABŞ dolları artıb
Prezident: "İkinci Qarabağ müharibəsindən sonra bərpa işlərinə 7 milyard ABŞ dolları sərf edilib"
Boris Titov: İqlim dəyişikliyinə uyğunlaşmaya investisiya yatırmaq üçün biznesin stimullara ehtiyacı var
Norveçin suveren fondu 2023-cü ildə rekord gəlir əldə edib
Almaniyanın daxili dövlət borcu ötən il rekord həddə çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər