Pərviz Şahbazov: “BOEM üzrə layihələr emissiyaları illik 2,9 milyon tona qədər azalda bilər”
sizinxeber.az xəbər saytı

Pərviz Şahbazov: “BOEM üzrə layihələr emissiyaları illik 2,9 milyon tona qədər azalda bilər”


Azərbaycan "yaşıl enerji" keçidinin məqsədyönlü islahatlarla müşayiət olunan milli, regional və qlobal müstəvidə reallaşdırır.

"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "Bakı İqlim Fəaliyyəti Həftəsi"ndə deyib.

Onun sözlərinə görə, Azərbaycanın ümumi enerji istehsalında bərpaolunan enerjinin payını 2027-ci ildə 33 %-ə yüksəldən şəbəkənin gücləndirilməsini, "yaşıl enerji" zonalarının yaradılması, neft-qaz əməliyyatlarının dekorbanizasiyanı, enerji səmərəliliyi və elektromobilliyi əhatə edən birinci mərhələ artıq reallaşması üzrədir:

"230 meqavat gücündə xarici sərmayə əsaslı ilk günəş elektrik stansiyanın istifadəyə verilməsi ilə günəş elektrik enerjisi istehsalı bu ilin yanvar-avqust aylarında 9 dəfədən çox artıb. Bu ilin sonunadək imzalanmış sənədlərə uyğun olaraq ümumi gücü 340 meqavat olan 2 günəş elektrik stansiyanın tikintisi layihəsi üzrə tədbirlərin davam etməsi, 100 meqavat gücündə olan stansiya üzrə isə ilk hərracın nəticələrin elan edilməsi nəzərdə tutulur. İki qiqavata yaxın 8 günəş, külək, həmçinin azad edilmiş ərazilərdə 270 meqavat gücündə 32 kiçik elektrik su stansiyaları imkan verir ki, emissiyaları illik 2,9 milyon tona qədər azalda bilək".

Oxşar xəbərlər

Naxçıvanda elektrik enerjisi istehsalının 55 %-i “yaşıl enerji”nin payına düşür
Prezident: "Erməni işğalından azad olunmuş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü bir neçə ildən sonra 500 meqavat təşkil edəcək"
Cavid Abdullayev: "Azərbaycanda “yaşıl enerji”yə keçid prosesi qarşısıalınmaz bir hala gəlib”
Naxçıvanda alternativ enerji mənbələrinin istehsal payı artıb 
Azərbaycanda bərpa olunan enerji üzrə ilk hərracın qalibi COP29-da elan ediləcək - EKSKLÜZİV

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle