Jeço Stankov: "Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan Cənub-Şərqi Avropaya yeni elektrik dəhlizi yaradacaq"
Bolqarıstan bu gün Bakıda imzalanmış Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında yeni elektrik enerjisi dəhlizinin yaradılmasına dair Anlaşma Memorandumunu enerji əməkdaşlığının genişləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirir.
“Report” xəbər verir ki, bu barədə Bolqarıstanın energetika naziri Jeço Stankov Bakıda Cənub Qaz Dəhlizi və Yaşıl Enerji üzrə Məşvərət Şurası çərçivəsində nazirlərin görüşləri çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, yeni dəhliz Xəzər regionundan Cənub-Şərqi Avropaya, xüsusən də Bolqarıstana, həmçinin Rumıniya və Macarıstana “yaşıl” elektrik enerjisinin tədarükünü təmin edəcək.
“Bu, Bolqarıstana bir milyard kubmetr qazın tədarükü üçün uzunmüddətli müqavilənin bağlanmasından sonra əməkdaşlığın inkişafının yaxşı nümunəsidir. İndi bu təcrübəni elektrik enerjisi sənayesində də genişləndirmək imkanımız var”, - J. Stankov deyib.
O vurğulayıb ki, uzunmüddətli perspektivdə Bolqarıstan nəinki daha ucuz qaz, həm də regionda istehsal olunan bərpa olunan elektrik enerjisini - külək və günəş enerjisini də ala biləcək.
Qara dənizin dibi ilə sualtı kabelin çəkilməsi layihəsinə gəlincə, nazir bunu bu gün imzalanmış sazişə əlavə adlandırıb.
“Bolqarıstan bu layihədə maraqlıdır. Hökumətlərarası sazişi Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan imzalasa da, biz artıq təşəbbüsə qoşulmaq niyyətimizi ifadə etmişik. Bunda böyük perspektivlər görürük. Şübhəsiz, Aİ-nin tələblərinə uyğun olaraq ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunacaq”, - o əlavə edib.
J.Stankov layihənin enerji təminatı baxımından əhəmiyyətini də vurğulayıb: “Kabel Avropa bazarına əlavə 10 QVt elektrik enerjisi tədarük etmək imkanı yaradır. Bolqarıstan, Yunanıstan və Rumıniya artıq Avropa komissarına məktub göndərərək regionumuzda elektrik enerjisinin yüksək qiymətlərini qeyd ediblər. Əlavə elektrik enerjisi həcmləri istehlakçılarımıza müsbət təsir göstərəcək”.
Oxşar xəbərlər
Bolqarıstanın energetika naziri: “Şaquli Qaz Dəhlizinin tikintisinə başlamağa hazırlaşırıq”
Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi üzrə Anlaşma Memorandumu imzalanıb
SGC Məşvərət Şurası çərçivəsində əməkdaşlıq üzrə sənədlər imzalanacaq
Pərviz Şahbazov: "Azərbaycan meqa təşəbbüslərin həyata keçirilməsinə başlayır"
Prezident İlham Əliyev Türkiyənin enerji və təbii sərvətlər nazirini qəbul edib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Anaklaudia Rossbax: Bakıdakı WUF13 UN-Habitat tarixində ən böyük forum olub
-
“Hizbullah” son bir ayda 48 İsrail tankını sıradan çıxardığını iddia edib
-
Pentaqon Aya uçan ilk astronavtlardan birinin UNO ilə bağlı ifadələrini yayıb - FOTO
-
Daha bir itkin-şəhid dəfn ediləcək
-
Nazir: Qırğızıstan zəlzələyədavamlı tikinti sahəsində Bakının təcrübəsini öyrənməkdə maraqlıdır - EKSKLÜZİV
