“SOCAR Green”: Azərbaycanda “yaşıl enerji” sənayesinin inkişafı dövlət-özəl tərəfdaşlığını tələb edir
sizinxeber.az xəbər saytı

“SOCAR Green”: Azərbaycanda “yaşıl enerji” sənayesinin inkişafı dövlət-özəl tərəfdaşlığını tələb edir


Azərbaycanda bərpa olunan enerji üzrə yeni sənaye sahələrinin, o cümlədən geotermal enerji sektorunun inkişafı üçün dövlətlə özəl sektor arasında səmərəli əməkdaşlığa ehtiyac var:

“Report” xəbər verir ki, bunu “SOCAR Green” şirkətinin direktoru Elmir Musayev Bakıda keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi və 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji beynəlxalq sərgisi çərçivəsində “Yaşıl enerji – Xəzər regionunda potensialının reallaşdırılması” panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti geotermal sahədə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində ciddi addımlar atır: "Biz də, “SOCAR Green” olaraq, potensial tərəfdaşlarla və müxtəlif beynəlxalq təşkilatlarla danışıqlar aparırıq. Geotermal sahəni sadəcə nümunə kimi qeyd edirəm. Bu kimi yeni sənaye istiqamətləri, xüsusilə də Azərbaycan kimi ölkələrdə, dövlət-özəl tərəfdaşlığını zəruri edir. Burada söhbət təkcə texniki bilik və ya qiymətləndirmə imkanlarına malik şirkətləri cəlb etməkdən getmir. Ölkənin strateji prioritetlərinə uyğun olaraq, hökumət bu sahələrin inkişafını stimullaşdırmaq üçün müəyyən subsidiyalar və güzəştlər təqdim edə bilər”.

E. Musayev qeyd edib ki, günəş və külək enerjisi sahəsində müəyyən irəliləyişlər əldə olunub: “Artıq bu istiqamətlərdə müəyyən yenilənmiş tariflər tətbiq olunur. Bununla yanaşı, enerji saxlama sistemləri - xüsusilə batareya texnologiyaları - bu sahədə yeni və vacib bir tələb kimi ortaya çıxır. Günəş və külək enerjisi layihələrinə dair gələcək investisiyalarda bu texnologiyalar qaçılmaz olacaq. Biz investor olaraq investisiya hüquqlarımızın qorunmasına xüsusi önəm veririk. Eyni zamanda dövlətə məxsus bir qurum kimi müxtəlif maraqlı tərəflər - İqtisadiyyat və Energetika nazirlikləri, digər hökumət strukturları, özəl şirkətlər və ölkədə fəaliyyət göstərən xarici investorlarla sıx əməkdaşlıq quraraq qarşılıqlı kommunikasiyanın daha effektiv və rahat olmasına çalışırıq”.

Oxşar xəbərlər

“SOCAR Green” Azərbaycanda ən böyük IPP olmaq istəyir
"Schlumberger" Azərbaycanda geotermal layihələrin reallaşdırılmasına texniki dəstək göstərəcək
“SOCAR Green” Azərbaycanda "yaşıl avadanlıq"ların istehsalı üzərində çalışır
 “SOCAR Green” əsas hədəflərindən birini açıqlayıb
Orxan Zeynalov: "Azərbaycanda hidrogen istehsalına 2035-ci ildən başlanacaq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər