“SOCAR Green” əsas hədəflərindən birini açıqlayıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
07 
apr
2025
14:30

 “SOCAR Green” əsas hədəflərindən birini açıqlayıb

07 apr, 2025
14:30
879

 “SOCAR Green” əsas hədəflərindən birini açıqlayıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə “SOCAR Green” şirkətinin əsas hədəflərindən biri dekarbonizasiyaya dəstək verməkdir.

“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan “SOCAR Green” şirkətinin direktoru Elmir Musayev Bakıda keçirilən “Daha "yaşıl" gələcəyə doğru innovativ yollar: Bərpa olunan enerji və emissiyaların azaldılması” mövzusunda tədbirdə bildirib.

"Bizim əsas məqsədimiz Azərbaycanda bərpa olunan enerji layihələrinin inkişafı və idarə edilməsidir. Digər hədəfimiz SOCAR-ın neft və qaz obyektlərinin dekarbonizasiyasına dəstək verməkdir. Biz bu obyektlərin dekarbonizasiyası üçün nə edilə biləcəyini anlamaq üçün SOCAR-ın yuxarı, orta və aşağı seqmentləri ilə əməkdaşlıq və koordinasiya edirik”, - deyə o bildirib.

E. Musayev qeyd edib ki, bundan əlavə, şirkət həmçinin əməliyyatlarının dekarbonizasiyasında necə əməkdaşlıq edə biləcəyini görmək üçün Azərbaycandakı sənaye şirkətlərinin bəziləri ilə müzakirələr aparır.

Bizimlə əlaqə saxlayın