SOCAR ədalətli enerji keçidi prosesində əlçatan enerjinin təmin edilməsinin vacibliyini vurğulayır
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ədalətli enerji keçidi çərçivəsində sərfəli enerjinin təmin edilməsini vacib hesab edir.
"Sizinxeber.az" xəbər verir, bunu SOCAR-ın vitse-prezidenti Əfqan İsayev "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin 2-ci günündə "Ədalətli keçid tərəfdaşlığı və investisiya səfərbərliyi" dəyirmi masasında deyib.
O, subsidiyaların ləğvi ilə əhalinin enerji əlçatanlığı arasında balansın tapılmasının vacibliyini vurğulayıb.
"Subsidiyalar ətrafında müzakirələr iki əks mövqeni göstərir: bir tərəfdən, onların ləğvi enerjidən daha səmərəli istifadəyə və iqlim dəyişikliyinə qarşı mübarizəyə kömək edə bilərdi, digər tərəfdən isə bu, insanlar üçün enerji qiymətlərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olardı", - deyə Ə.İsayev bildirib.
SOCAR-ın vitse-prezidenti, həmçinin qeyd edib ki, bərpa olunan enerji mənbələrinə keçid üçün enerji şəbəkələrinin genişmiqyaslı yenilənməsi tələb olunur, o cümlədən akkumulyator saxlama sistemlərinin, avtomatlaşdırılmış istehsalat idarəetmə sistemlərinin və qlobal səviyyədə prioritet olmalı digər texnologiyaların tətbiqi.
Oxşar xəbərlər
Nazir müavini: "Əmək fəaliyyəti ilə bağlı problemlər "yaşıl enerji"yə keçidi yubadır"
SOCAR COP29-da geotermal enerjinin inkişafı üzrə işlərin nəticələrini açıqlayacaq
SOCAR emissiyaların azaldılmasının əlavə yollarını araşdırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
