Türkiyə-Azərbaycan Universitetində 174 tələbə təhsil alır
sizinxeber.az xəbər saytı

Türkiyə-Azərbaycan Universitetində 174 tələbə təhsil alır


Türkiyə-Azərbaycan Universitetində (TAU) hazırda ümumilikdə 174 tələbə təhsil alır.

"Report" xəbər verir ki, bunu TAU-nun Tədris şöbəsinin Günel Teymurova deyib.

Onun sözlərinə görə, cari tədris ili üzrə ali təhsil müəssisəsinə qəbul olunan tələbələrin sayı 92 nəfər, ötən il isə 82 nəfər olub:

"Kompüter mühəndisliyi ixtisasına qəbul üzrə ən yüksək bal 674,3, sənaye mühəndisliyi ixtisasında 654,4, qida mühəndisliyi ixtisasında isə 553,6 olub. Ali təhsil müəssisəsi "çətir universitet" modeli ilə fəaliyyət göstərir. Azərbaycan tərəfi torpaq, bina, laboratoriya və avadanlıq kimi maliyyə və texniki imkanları təmin edir, Türkiyə tərəfi isə tədrisin keyfiyyəti, proqramların təşkili və 8 semestrlik tədris planının icrası ilə məşğuldur. Belə ki, TAU Türkiyənin üç aparıcı universitetinin proqramlarını özündə birləşdirir: kompüter mühəndisliyi ixtisasında Orta Doğu Texniki Universiteti (ODTÜ), sənaye mühəndisliyi ixtisasında İstanbul Texniki Universiteti (İTÜ), qida mühəndisliyi ixtisasında isə Hacettepe Universitetinin tədris proqramları tətbiq olunur. Universitetin Azərbaycan tərəfdən tərəfdaşı isə Azərbaycan Texniki Universitetidir (AzTU)".

G.Teymurova həmçinin bildirib ki, TAU-da təhsil dövlət hesabınadır və dərslər ingiliscə keçirilir:

"Tələbələrin akademik ingilis dili bacarıqları ODTÜ-nün aparıcı mütəxəssisləri tərəfindən inkişaf etdirilir. Proqramı uğurla başa vuran tələbələr həm Türkiyə, həm də Azərbaycan tərəfindən beynəlxalq səviyyədə tanınan diplomlar alırlar ki, bu da məzunlara həm yerli, həm də qlobal iş imkanlarına birbaşa çıxış imkanı yaradır".

Oxşar xəbərlər

Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbulunun nəticələri açıqlanıb, bu il 87 tələbə təhsil alacaq
Türkiyə-Azərbaycan Universitetinin yeri müəyyənləşib, bu il 90 tələbə qəbul olunacaq
Türkiyə-Azərbaycan Universiteti tələbə qəbulu elan edir
Rektor: Türkiyə-Azərbaycan Universitetində Türkiyədən müvəqqəti və daimi əsaslarda gələn müəllimlər dərs deyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər