BP bu payız AÇG-də dərin laylarda yerləşən neftin hasilatına başlayacaq
sizinxeber.az xəbər saytı

BP bu payız AÇG-də dərin laylarda yerləşən neftin hasilatına başlayacaq


"Azəri-Çıraq-Günəşli" (AÇG) blokunun işlənməsi layihəsinin operatoru kimi BP şirkəti bu ilin sentyabrında dərin laylarda yerləşən neftin hasilatına başlamağı planlaşdırır.

Bu barədə "Sizinxeber.az"un sualına cavab olaraq BP-nin hasilat və əməliyyatlar üzrə vitse-prezidenti Qordon Birrel bildirib.

Onun sözlərinə görə, AÇG sərbəst qazın həm neft laylarının üstündə, həm də altında yerləşdiyi unikal miqyasa və mürəkkəbliyə malik yataqdır:

"Daha dərində yerləşən layın ən alt hissəsində biz qaz və su layları arasında nazik bir neft kanalı aşkar etmişik. Biz bu neft kanalı haqqında daha ətraflı məlumat əldə etmək üçün quyu qazdıq. Bu ilin sentyabr ayında bu quyudan hasilata başlamağı planlaşdırırıq".

Məlumat yenilənir

Oxşar xəbərlər

Birrel: AÇG-nin dərin yataqlarının dibində neft kanalı aşkar etmişik
BP AÇG yatağında sərbəst təbii qaz hasilatına başlayıb
Qordon Birrel: "AÇG blokunda sərbəst təbii qaz ehtiyatları iki zonada aşkarlanıb"
Qordon Birrell: "BP Azərbaycanda ən yüksək effektivlik göstəricilərinə nail olub"
AÇG-də sərbəst təbii qaz laylarında ilk quyu qazılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər