Durrani-Camal: "ADB gənclərin “yaşıl ideya”ları kəşf etməsinin təşviqinə töhfə verir"
sizinxeber.az xəbər saytı

Durrani-Camal: "ADB gənclərin “yaşıl ideya”ları kəşf etməsinin təşviqinə töhfə verir"


Asiya İnkişaf Bankı (ADB) Azərbaycanla əməkdaşlığı davam etdirməyi planlaşdırır və bu əməkdaşlıq çərçivəsində tələbələr iqtisadiyyatı “yaşıllaşdırmağın” yeni üsullarını inkişaf etdirə biləcəklər.

"Sizinxeber.az" xəbər verir ki, bunu Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Sunniya Durrani-Camal "Green Hackathon 2024" müsabiqəsinin bağlanış mərasimində çıxışı zamanı deyib.

“Biz çox şadıq ki, son dörd il ərzində ADB universitetlərin yerli və qlobal problemlərin həlli yollarını tapmağa həvəsləndirilməsində iştirak edib”, - o bildirib.

Durrani-Camalın sözlərinə görə, bu müsabiqə tələbələrin Azərbaycanın rifahı üçün istifadə edə biləcəkləri müxtəlif “yaşıl ideya”ları öyrəndikləri dörd illik prosesin kulminasiya nöqtəsidir.

Direktor həmçinin qeyd edib ki, Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi və “yaşıl rels”lərə keçid üçün böyük səylə çalışır. "Ümid edirik ki, ADB-nin 2025-2029-cu illər üçün hazırladığı yeni tərəfdaşlıq strategiyası çərçivəsində əməkdaşlığımızı davam etdirəcəyik", - o vurğulayıb.

Oxşar xəbərlər

AİB Azərbaycan üzrə yeni ölkə direktoru təyin edib
ADB Azərbaycan üzrə yeni ölkə direktoru təyin edib
“Green Hackaton” tipli tədbirlərin məqsədi açıqlanıb
AİB indiyə kimi mikro maliyyələşməyə 2,3 mlrd. dollar kredit ayırıb
Siril Ramafosa: Cənubi Afrika dekarbonizasiya və “yaşıl keçid” prinsiplərinə sadiq qalır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər