BCG Naxçıvanda "yaşıl enerji" zonasının inkişafına dair Konsepsiyanı hazırlayacaq
sizinxeber.az xəbər saytı

BCG Naxçıvanda "yaşıl enerji" zonasının inkişafına dair Konsepsiyanı hazırlayacaq


Energetika Nazirliyi Naxçıvan Muxtar Respublikasında "yaşıl enerji" zonasının inkişafına dair Konsepsiyanın hazırlanması prosesinə "Boston Consulting Group International INC” (BCG) şirkətini cəlb edib.

“Report” bu barədə Dövlət satınalmalarının vahid internet portalında dərc olunmuş məlumata istinadən xəbər verir.

Məlumatda bildirilib ki, Energetika Nazirliyi Naxçıvanda "yaşıl enerji" zonasının inkişafına dair Konsepsiyanın və Tədbirlər Planının, habelə ixracla bağlı infrastruktur layihəsinin texniki və iqtisadi təhlili və əsaslandırmasının hazırlanması üçün “The Boston Consulting Group İnternational İNC” şirkətinin Azərbaycandakı filialı ilə 1 milyon 551 min 393,2 manat məbləğində müqavilə imzalayıb.

Müqavilə 31 dekabr 2025-ci il tarixinədək qüvvədə olacaq.

Oxşar xəbərlər

Naxçıvanın "Yaşıl enerji" Konsepsiyası hazırlanır
Serbiyanın “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nə qoşulması müzakirə edilib
Naxçıvanda elektrik enerjisi istehsalının 55 %-i “yaşıl enerji”nin payına düşür
Sentyabrda Naxçıvanda “yaşıl enerji”nin istehsal payı 35 % olub
Naxçıvanda bərk məişət tullantılarından enerji alınması üçün emal müəssisəsinin tikintisi planlaşdırılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər