Jurabek Mirzamahmudov: "Mərkəzi Asiya təmiz enerji üzrə ən sürətlə inkişaf edən regionlardan birinə çevrilə bilər"
sizinxeber.az xəbər saytı

Jurabek Mirzamahmudov: "Mərkəzi Asiya təmiz enerji üzrə ən sürətlə inkişaf edən regionlardan birinə çevrilə bilər"


Mərkəzi Asiya dövlətlərinin birgə səyləri ilə region dünyada təmiz enerji və kapital qoyuluşlarının cəlb edilməsi sahəsində ən sürətlə inkişaf edən regionlardan birinə çevrilə bilər.

"Report" xəbər verir ki, bunu Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov 31-ci Bakı Enerji Forumu zamanı bəyan edib.

"Regionumuz nəhəng bərpa olunan enerji ehtiyatlarına və hidroenerji potensialına, eləcə də ən böyük enerji bazarları ilə əlaqəni təmin edən əlverişli coğrafi mövqeyə malikdir. Əgər biz bu üstünlükləri dərinləşdirilmiş regional əməkdaşlıqla birləşdirsək, Mərkəzi Asiyanı ekoloji cəhətdən təmiz enerji və investisiyalar sahəsində planetin ən dinamik inkişaf edən regionlarından birinə çevirə bilərik", - nazir bəyan edib.

J.Mirzamahmudov vurğulayıb ki, Özbəkistan yeni enerji reallıqlarına fəal şəkildə hazırlaşır.

"Son illər ərzində biz yalnız energetika sahəsinə 35 milyard ABŞ dollarından çox investisiya cəlb etməyə, 16 GVt-dan çox yeni istehsal güclərini işə salmağa və elektrik enerjisinin illik istehsal həcmini 60 milyard kVt/s-dan 85 milyard kVt/s-a çatdırmağa nail olmuşuq. Bu gün bərpa olunan enerji mənbələri enerji keçidimizin əsas hərəkətverici qüvvələrindən birinə çevrilir", - J.Mirzamahmudov qeyd edib.

Oxşar xəbərlər

Özbəkistanlı nazir: Azərbaycanla Yaşıl Enerji Dəhlizi üzrə əməkdaşlığı gücləndiririk
Nazir: "Özbəkistan istilik generasiyası gücünü iki dəfə artırmaq istəyir"
Koreya Enerji Agentliyinin prezidenti: Mərkəzi Asiya nəhəng bərpa olunan enerji potensialına malikdir
GEAPP: Mərkəzi Asiya xalis sıfır emissiya yolunda ən kritik regionlardan biridir
Rafael Qrossi: "AEBA Azərbaycandan və Mərkəzi Asiyadan 600-dən çox BOEM layihəsi əldə edib"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər