SOCAR “Uzbekneftegaz” ilə Üstyurtda geoloji-kəşfiyyat layihəsi üzrə razılıq əldə edib
sizinxeber.az xəbər saytı

SOCAR “Uzbekneftegaz” ilə Üstyurtda geoloji-kəşfiyyat layihəsi üzrə razılıq əldə edib


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Özbəkistanın “Uzbekneftegaz” Səhmdar Cəmiyyəti arasında Üstyurt regionunda geoloji-kəşfiyyat işlərinin həyata keçirilməsinə dair layihə üzrə önəmli razılıqlar əldə edilib.

"Report" xəbər verir ki, bu barədə müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəfin Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov və “Uzbekneftegaz”ın İdarə Heyətinin sədri Baxodirjon Sidiqov ilə keçirilən görüşdə aparılıb.

Görüşdə Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli əlaqələrin bütün sahələrdə yüksək səviyyədə olduğu qeyd edilib.

Söhbət zamanı SOCAR ilə “Uzbekneftegaz” arasındakı əlaqələrin səviyyəsindən məmnunluq ifadə edilib, şirkətlərin həm ikitərəfli, həm də çoxtərəfli formatda sıx əməkdaşlıq etdiyi vurğulanıb.

Görüşdə gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

SOCAR Rumıniya şirkəti ilə neft-kimya sahəsində əməkdaşlığı müzakirə edib
SOCAR Qaraqalpaq investisiya blokunda geoloji kəşfiyyat işlərinə başlaya bilər
SOCAR “Qazpromneft” ilə müzakirələr aparır
Azərbaycan şirkəti Özbəkistanda geoloji kəşfiyyat işlərinə başlayıb
Rövşən Nəcəf “SOCAR Türkiyə”nin İdarə Heyətinin iclasında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər