14 nəfər şəhid ailəsi üzvü müəllim iş yerini dəyişdirmək imkanı qazanıb
sizinxeber.az xəbər saytı

14 nəfər şəhid ailəsi üzvü müəllim iş yerini dəyişdirmək imkanı qazanıb


Şəhid ailəsi üzvləri üçün müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri elan olunub.

Bu barədə Sizinxeber.az-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Bildirilib ki, şəhid ailəsi üzvləri üçün 21-22 may tarixlərində keçirilən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri şəxsi səhifələrə göndərilib. Müəllimlər şəxsi səhifələrinə daxil olaraq vakansiya seçiminin nəticələri ilə tanış ola bilərlər.

Elektron yerləşdirmə zamanı 14 nəfər şəhid ailəsi üzvü müəllim iş yerini dəyişdirmək imkanı qazanıb. Növbəti mərhələdə uğur qazanan müəllimlərin sənədlərinin yoxlanılması prosesi həyata keçiriləcək.

Qeyd edilib ki, uğur qazanan müəllimlərin sənədləri yoxlanıldıqdan sonra tutduqları vakansiyaya təyin olunacaq.

Sənədlərin yoxlanılması prosesi ilə bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Oxşar xəbərlər

Vakansiya seçiminin nəticələri açıqlanıb, 1 868 müəllim iş yerini dəyişib
Şəhid ailəsi üzvləri üçün MİQ üzrə vakansiya seçiminin nəticələri məlum olub
Müəllimlərin iş yerinin dəyişdirilməsinin növbəti vakansiya seçimi aktivləşib
Şəhid ailəsi üzvləri üçün MİQ üzrə vakansiya seçiminə start verilib
MİQ üzrə vakansiya mərhələsinin nəticələri açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər