Pərviz Şahbazov: “Enerji keçidinə birtərəfli yanaşma ciddi risklər yarada bilər”
Enerji keçidinə birtərəfli yanaşma ciddi risklər yarada bilər.
“Report” xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi və 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji beynəlxalq sərgisi çərçivəsində “Dayanıqlı və davamlı enerji gələcəyi naminə qlobal əməkdaşlıq” panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, son bir neçə il göstərib ki, enerji təhlükəsizliyini artıq əvvəlki kimi qəbul etmək olmaz: "Neft və qazın etibarlı təchizatını təmin etmək həyati əhəmiyyət daşımağa davam edir. Karbohidrogenləri tamamilə aradan qaldırmağa çalışan model bu mərhələdə qeyri-realistikdir və enerji keçidinə birtərəfli yanaşma ciddi risklər yarada bilər. Son 30 il ərzində ilkin enerji istifadəsində karbohidrogenlərin qlobal payı yalnız cüzi şəkildə, yəni cəmi 5 % dəyişib. Bu gün karbohidrogenlər hələ də ABŞ-də ilkin enerji istehlakının 80 %-dən çoxunu, Çində təxminən 90 %-ni və Avropa İttifaqında 70 %-ni təşkil edir. Bu göstərir ki, alternativ enerji mənbələri ənənəvi olanları əvəz etmir — onları tamamlayır".
Nazir vurğulayıb ki, buna görə də, neft və qazın qlobal enerji balansında davam edən mərkəzi rolunu və bunun gələcək illər ərzində belə qalacağı ehtimalını nəzərə alaraq, bu sektora maliyyələşdirmənin vaxtında olması və gecikdirilməməsi vacibdir: "Enerji mənbələrinin, resursların, ticarət yollarının və təchizat zəncirlərinin diversifikasiyası davamlı enerji təhlükəsizliyini təmin etmək üçün əsas prioritet olaraq qalmalıdır".
Oxşar xəbərlər
Nazir: “Azərbaycan qaz ehtiyatlarının inkişafının yeni mərhələsinə daxil olur”
Pərviz Şahbazov: “Karbon qazı emissiyalarının azaldılması Azərbaycanın enerji gündəliyində mühüm yer tutur”
“SOCAR Green” Azərbaycanda ən böyük IPP olmaq istəyir
Pərviz Şahbazov: "Bərpa olunan enerji dəhlizləri qlobal inkişafda liderlik öhdəliyimizi əks etdirir"
Pərviz Şahbazov: "Azərbaycan enerji layihələri üzrə regional əməkdaşlığı gücləndirəcək"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"












