Tramp Gömrük Xidmətinin rəhbəri postuna Lens Şroyerin namizədliyini irəli sürüb
ABŞ Prezidenti Donald Tramp şənbə günü Lens Şroyerin ABŞ İmmiqrasiya və Gömrük Nəzarəti Xidmətinin (İGNX) yeni rəhbəri vəzifəsinə namizədliyini irəli sürüb.
"Report" xəbər verir ki, bu barədə Amerika lideri "Truth Social" sosial şəbəkəsində yazıb.
O qeyd edib ki, Şroyer 29 il ərzində Oklahoma ştatında hüquq-mühafizə orqanlarında müxtəlif vəzifələrdə çalışıb, bundan əvvəl isə dəniz piyadalarında xidmət edib.
"Elan etməyə şadam ki, Lens Şroyeri bizim növbəti İGNX direktorumuz olaraq namizəd göstərmişəm", - Tramp öz namizədini hüquq-mühafizə orqanlarında böyük iş təcrübəsinə malik vətənpərvər adlandıraraq qeyd edib.
Qeyd edək ki, İGNX-nin əvvəlki rəhbəri Todd Layons may ayında vəzifəsini tərk edib.
Oxşar xəbərlər
Tramp Uoltsun ABŞ-nin BMT-dəki səfiri vəzifəsinə namizədliyini irəli sürüb
Tramp müdafiə nazirinin müavini vəzifəsinə milyarderin namizədliyini irəli sürüb
Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb
Donald Tramp FTB rəhbəri vəzifəsinə Kəş Patelin namizədliyini irəli sürüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
