İndoneziya Asiya-Sakit okean regionunda dayanıqlı artım üçün ADB-ni özəl sektora dəstəyi gücləndirməyə çağırıb
sizinxeber.az xəbər saytı

İndoneziya Asiya-Sakit okean regionunda dayanıqlı artım üçün ADB-ni özəl sektora dəstəyi gücləndirməyə çağırıb


Asiya İnkişaf Bankı (ADB) regionda dayanıqlı və inklüziv artımın əsas hərəkətverici qüvvəsi kimi özəl sektorun inkişafına diqqəti gücləndirməlidir.

"Report"un Səmərqəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə bankın İndoneziyadan olan idarəedicisinin müavini vəzifəsini müvəqqəti icra edən Kurniavan Ariadi ADB-nin Rəhbərlər Şurasının 59-cu illik iclasında rəhbərlərin işgüzar sessiyası zamanı bildirib.

Onun sözlərinə görə, İndoneziya Asiya-Sakit okean regionunda uzunmüddətli iqtisadi artımın əsasını formalaşdıran rəqəmsal transformasiya və regional əməkdaşlığın genişləndirilməsi sahəsində bankın səylərini dəstəkləyir. Bu kontekstdə o, əlaqəliliyin möhkəmləndirilməsinə və iqtisadiyyatların dayanıqlığının artırılmasına yönəlmiş strateji təşəbbüslərin təşviqinin vacibliyini xüsusilə qeyd edib.

K. Ariadi vurğulayıb ki, regionda kritik əhəmiyyətli mineral resursların böyük ehtiyatları fonunda dayanıqlı dəyər zəncirlərinin inkişaf etdirilməsi - xammalın hasilatından tutmuş onun emalı, istehsalı və sonrakı utilizasiyasına qədər - xüsusi aktuallıq kəsb edir. Onun fikrincə, belə təşəbbüslər istehsal zəncirlərindəki mövcud boşluqları aradan qaldırmağa imkan verir və daha balanslaşdırılmış və dayanıqlı iqtisadi modelin formalaşmasına təkan verir.

O əlavə edib ki, İndoneziya sənayeləşmə və inteqrasiya olunmuş təchizat zəncirlərinin inkişafı yolu ilə daxili əlavə dəyərin artırılması kursunu dəstəkləyir. Müavinin qiymətləndirməsinə görə, kritik əhəmiyyətli minerallar sahəsində regional əməkdaşlığın möhkəmləndirilməsi təchizat zəncirlərinin dayanıqlığının təmin edilməsi, enerji keçidinin irəlilədilməsi və inklüziv artıma nail olunmasının əsas amillərindən biri olacaq.

Oxşar xəbərlər

Joze Karluş Pereyra: "Asiya-Sakit okean regionunda BOEM-in irimiqyaslı maliyyələşdirilməsinə ehtiyacı var"
Masato Kanda: "Asiya-Sakit okean regionu ümumi dayanıqlığı gücləndirməlidir"
ADB və Yaponiya Asiya-Sakit okean regionunda enerji təhlükəsizliyi üzrə birgə təşəbbüs elan ediblər
AİB regionunda kritik əhəmiyyətli mineral resursların tədarük zəncirlərinin inkişafı üçün sazişlər imzalanıb
Niderland üzv ölkələrin inkişafında ADB-nin rolunu gücləndirmək üçün dörd əsas prioritet açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər