Mikayıl Cabbarov: "Avropa ilə Mərkəzi Asiya arasında "yaşıl körpü" salırıq"
sizinxeber.az xəbər saytı

Mikayıl Cabbarov: "Avropa ilə Mərkəzi Asiya arasında "yaşıl körpü" salırıq"


Azərbaycan bərpa olunan enerji mənbələrinin (BOEM) təchizat imkanlarını genişləndirmək üçün Avropa İttifaqı və Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlığını gücləndirir.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Londonda Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) illik iclası çərçivəsində “Azərbaycan: “yaşıl artım” və əlaqəliliyin formalaşan qapısı” adlı panel müzakirəsində bildirib.

"Azərbaycan Avropa ilə Mərkəzi Asiya arasında "yaşıl körpü" salır", - deyə o qeyd edib.

O qeyd edib ki, Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsindəki bütün layihələri özəl sektor tərəfindən - əsasən xarici, həmçinin yerli investorların iştirakı ilə həyata keçirilir.

"Azərbaycan hökuməti Dövlət Neft Şirkəti (SOCAR) vasitəsilə investor-tərəfdaşların sorğusu əsasında layihələrdə minoritar payın əldə edilməsinə açıqdır", - nazir vurğulayıb.

M.Cabbarovun sözlərinə görə, Azərbaycan üçün "yaşıl enerji"yə keçid təkcə ideoloji seçim deyil, ilk növbədə iqtisadi cəhətdən əsaslandırılmış qərardır: "Dövlət gəlirlərinin əhəmiyyətli hissəsinin hələ də ənənəvi enerji mənbələri hesabına formalaşmasına baxmayaraq, biz əminik ki, bərpa olunan enerji mənbələrinin davamlı inkişafı belə layihələrin möhkəm iqtisadi təməli olduğu və investorlar üçün maraq kəsb etdiyi halda mümkündür".

Oxşar xəbərlər

Pərviz Şahbazov: "Gələcək nəsillər üçün təmiz, təhlükəsiz enerji irsi yaradırıq"
Nazir müavini: "Azərbaycan enerji sektorunu daha çox bərpa olunan mənbələr hesabına şaxələndirir"
Macarıstan səfiri: "Azərbaycan Mərkəzi Asiya və Avropanın kəsişməsində strateji tərəfdaşdır"
Antonio Koşta: “Avropa Mərkəzi Asiyadan “yaşıl enerji keçidi” sahəsində innovativ yanaşmalar baxımından çox şey öyrənə bilər”
Nazir: "Bərpa olunan enerji layihələri üçün bütün imkanımızı səfərbər etmişik"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle