ARDNF I rübdə AÇG-nin işlənməsindən 1,4 milyard manat gəlir əldə edib
sizinxeber.az xəbər saytı

ARDNF I rübdə AÇG-nin işlənməsindən 1,4 milyard manat gəlir əldə edib


Bu ilin yanvar-mart aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsindən 1 milyard 400,5 milyon manat gəlir əldə edib.

Bu barədə "Sizinxeber.az"a Fonddan məlumat verilib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 601,1 milyon manat və ya 30 % azdır.

AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (31,65 %), "MOL Group" (9,57 %) INPEX (9,31 %), "ExxonMobil" (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), "ONGC Videsh Limited" (OVL) (2,925 %) pay sahibidir.

Oxşar xəbərlər

Ötən il ARDNF AÇG-nin işlənməsindən 6 milyard dollardan çox gəlir əldə edib
Bu il ARDNF AÇG-nin işlənməsindən 5 milyard dollardan çox gəlir əldə edib
ARDNF I rübdə AÇG-nin işlənməsindən 38 %-dən çox gəlir əldə edib
Bu il ARDNF AÇG-nin işlənməsindən 4,6 milyard dollardan çox gəlir əldə edib
ARDNF-nin AÇG-nin işlənməsindən gəlirləri 47 %-dən çox artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər