Almaniyanın "Rheinmetall" şirkəti Ukraynaya 155 millimetrlik mərmilər tədarük edəcək
sizinxeber.az xəbər saytı

Almaniyanın "Rheinmetall" şirkəti Ukraynaya 155 millimetrlik mərmilər tədarük edəcək


Almaniyanın Rheinmetall müdafiə konserni Ukraynaya 155 millimetrlik artilleriya mərmiləri və döyüş yüklərinin tədarükü ilə bağlı iri sifariş alıb.

APA xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda bildirilir.

Müqavilənin dəyəri on milyonlarla avro ilə qiymətləndirilsə də, dəqiq məbləğ açıqlanmayıb. Mərmilərin istehsalına artıq başlanılıb və tədarükün 2027-ci ilin birinci rübündə başa çatdırılması planlaşdırılır.

Şirkət qeyd edib ki, istehsal olunacaq sursat NATO-nun müxtəlif artilleriya sistemləri ilə tam uyğundur.

Oxşar xəbərlər

“Rheinmetall” Ukraynaya daha 20 “Marder” PDM tədarük etməyi planlaşdırır
Almaniya Ukraynaya növbəti yardım paketini açıqlayıb
“Rheinmetall” Ukraynaya daha 180 min mərmi tədarük edəcək
Almaniyanın "Rheinmetall" şirkəti kamikadze dronların istehsalına başlayır
Almaniya və ABŞ Avropada "Patriot" və "HIMARS" üçün raketlərin istehsalına başlayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər