Bu il BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi 13 %-dən çox azalıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 18 milyon 513 min ton neft nəql edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin ilk 6 ayının göstəricisinə nisbətən 3,8 % azdır.
Ötən dövr ərzində nəqletmənin 75,2 %-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib. Bu kəmər vasitəsilə yanvar-may aylarında 13 milyon 924,9 min ton neft ötürülüb. Bu, 2024-cü ilin eyni ayları ilə müqayisədə 3,7 % azdır.
Hesabat dövründə BTC kəməri ilə nəql edilmiş neftin 83,2 %-ini və ya 11 milyon 587,3 min tonunu Azərbaycanda hasil edilən neft, 16,8 %-ini və ya 2 milyon 337,6 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
Bu dövrdə BTC kəməri ilə nəql edilmiş Azərbaycan neftinin həcmi 1,6 %, Türkmənistan və Qazaxıstandan daxil olan neftin həcmi isə 13,2 % azalıb.
Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.
AÇG-də BP (30,37 %), SOCAR (31,65 %), “MOL Group” (9,57 %) INPEX (9,31 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,92 %) pay sahibidir.
Oxşar xəbərlər
BTC ilə tranzit neftinin nəqli azalıb
BTC ilə tranzit neftin nəqli 8%-dən çox artıb
BTC ilə bu il nəql olunan neftin həcmi açıqlanıb
BTC ilə neftin nəqli azalıb
BTC ilə tranzit neftin nəqli 5%-dək artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
