Azərbaycanda yanğından mühafizə və yanğınsöndürmə vasitələrinə dair texniki reqlament hazırlanıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda yanğından mühafizə və yanğınsöndürmə vasitələrinə dair texniki reqlament hazırlanıb


Azərbaycanda “Yanğından mühafizə və yanğınsöndürmə vasitələrinə tələblər” haqqında texniki reqlament hazırlanıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, ictimai müzakirə başa çatdıqdan sonra texniki reqlament layihəsinin təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilməsi nəzərdə tutulur.

Bu texniki reqlament yanğınsöndürmə vasitələrinin istehsal, istifadə, saxlama, daşınma (nəqletmə) proseslərinə dair zəruri tələbləri müəyyən edir.

Bu texniki reqlament insanların həyatını və (və ya) sağlamlığını, əmlakını, ətraf mühiti qorumaq, istehlakçıları çaşdıran hərəkətlərin qarşısını almaq məqsədi ilə qəbul edilib.

Oxşar xəbərlər

Azərbaycanda “Pirotexniki məmulatların təhlükəsizliyi haqqında texniki reqlament" hazırlanıb
Azərbaycanda liftlərin təhlükəsizliyi ilə bağlı reqlament hazırlanıb
Azərbaycanda partlayışa davamlı avadanlıqla bağlı texniki reqlament hazırlanıb
Azərbaycanda yanar təbii qazın təhlükəsizliyinə dair texniki reqlament hazırlanıb
Azərbaycanda sürtkü materialları ilə bağlı texniki reqlament layihəsi hazırlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər