Azərbaycanda “Pirotexniki məmulatların təhlükəsizliyi haqqında texniki reqlament" hazırlanıb
Azərbaycanda “Pirotexniki məmulatların təhlükəsizliyi haqqında” texniki reqlament hazırlanıb.
“Report” xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, ictimai müzakirə başa çatdıqdan sonra texniki reqlament layihəsinin təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilməsi nəzərdə tutulur.
Bu texniki reqlament pirotexniki məmulatların təhlükəsizliyinin təmin edilməsi və onların istehlak bazarında sərbəst dövriyyəsinə dair tələbləri müəyyən edir.
Azərbaycanda pirotexniki məmulatların təhlükəsizliyinə dair tələbləri müəyyən edən digər texniki reqlamentlər qəbul edildikdə pirotexniki məmulatlar ona tətbiq olunan bütün texniki reqlamentlərin də tələblərinə uyğun olmalıdır.
Oxşar xəbərlər
Azərbaycanda partlayışa davamlı avadanlıqla bağlı texniki reqlament hazırlanıb
Azərbaycanda liftlərin təhlükəsizliyi ilə bağlı reqlament hazırlanıb
Azərbaycanda izafi təzyiq altında işləyən avadanlığın təhlükəsizliyi ilə bağlı reqlament hazırlanıb
Azərbaycanda attraksionların təhlükəsizliyi ilə bağlı reqlament hazırlanıb
Azərbaycanda mebel məhsullarının təhlükəsizliyinə dair reqlament hazırlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













