Azərbaycanda yanar təbii qazın təhlükəsizliyinə dair texniki reqlament hazırlanıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda yanar təbii qazın təhlükəsizliyinə dair texniki reqlament hazırlanıb


Azərbaycanda “Daşınmaya (nəql edilməyə) və (və ya) istifadəyə hazırlanmış yanar təbii qazın təhlükəsizliyi” haqqında texniki reqlament hazırlanıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, ictimai müzakirə başa çatdıqdan sonra texniki reqlament layihəsinin təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilməsi nəzərdə tutulur.

Texniki reqlament yanar təbii qazın dövriyəsi zamanı insanların həyatı və sağlamlığının, əmlakın, ətraf mühitin, heyvanlar və bitkilərin həyatı və (və ya) sağlamlığının müdafiəsinin, istehlakçılar tərəfindən (istifadəçilər) mümkün yanlış hərəkətlərin qarşısının alınmasının, eləcə də enerji effektivliyinin və resurslara qənaətin təmin edilməsi üçün zəruri olan tələbləri müəyyən edir.

Azərbaycanda dövriyyəyə buraxılan və dövriyyədə olan yanar təbii qazlar bu texniki reqlamentin tələblərinə cavab verməlidir.

Oxşar xəbərlər

Azərbaycanda “Pirotexniki məmulatların təhlükəsizliyi haqqında texniki reqlament" hazırlanıb
Azərbaycanda liftlərin təhlükəsizliyi ilə bağlı reqlament hazırlanıb
Azərbaycanda yanğından mühafizə və yanğınsöndürmə vasitələrinə dair texniki reqlament hazırlanıb
Azərbaycanda partlayışa davamlı avadanlıqla bağlı texniki reqlament hazırlanıb
Azərbaycanda mebel məhsullarının təhlükəsizliyinə dair reqlament hazırlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər