Azərbaycanda vergi ödəyiciləri üçün yeni elektron xidmət istifadəyə verilib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyiciləri üçün “Kontragentləri araşdır” elektron xidmətini istifadəyə verib.
"Sizinxeber.az" bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, yeni elektron xidmət Nazirlər Kabinetinin təsdiqlədiyi “Vergi ödəyicisinin digər vergi ödəyicilərinin vergi orqanında olan məlumatlarına çıxış əldə etməsi Qaydaları”na uyğun olaraq yaradıkıb, Dövlət Vergi Xidmətinin inzibati yükünü artırmadan onun informasiya sistemlərində vergi ödəyicisinə aid kommersiya və vergi sirri təşkil edən məlumatların ötürülməsinə, yaxud idarə edilməsinə imkan verir.
Elektron xidmətdən istifadə gücləndirilmiş elektron imza vasitəsilə vergi ödəyicilərinin vergi orqanlarında olan elektron kabinetləri üzərindən həyata keçirilir. Bu zaman sorğu edən şəxs müvafiq ekran vasitəsilə qarşı tərəfin (kontragentin) VÖEN-ini daxil etməklə ona vergi orqanında olan, o cümlədən kommersiya (vergi) sirri təşkil edən məlumatlara baxış imkanının verilməsi ilə bağlı sorğu göndərir. Sorğu edilən tərəf bu sorğunu qəbul və yaxud məlumatların açıqlanmasından imtina edə bilər.
Xidmətdən istifadə nəticəsində kağız daşıyıcıda təsdiq olunmuş arayışlar əldə etməyə ehtiyac qalmır. Eyni zamanda, elektron xidmət vergi ödəyicilərinin əmtəəsiz əməliyyat aparan (riskli), şəffaf fəaliyyət göstərməyən ticarət partnyorları ilə bağlı riskləri minimallaşdırmağa imkan verir.
Elektron xidmət bir çox imkanlara malikdir. Bu xidmət vergi ödəyiciləri üçün kontragentlər ilə işin risklərinin qiymətləndirilməsinə, vergi ödəyiciləri arasında müqavilələrin bağlanılması mərhələsində tərəfdaşları haqqında DVX-də mövcud və qanuni (leqal) sayılan məlumatların əldə olunmasına, sorğu edən və sorğu göndərilmiş vergi ödəyicisinin fəaliyyəti ilə bağlı məlumatlara baxmasına və fəaliyyətinin qiymətləndirilməsinə imkan verir.
Bununla yanaşı, “Kontragentləri araşdır” elektron xidməti ictimai nəzarət funksiyasını yerinə yetirməklə vergi ödəyicilərinin şəffaf və qanunvericilik çərçivəsində fəaliyyət göstərmələrini təşviq edəcək. Belə ki, qarşı tərəfin müvafiq məlumatların əldə olunması barədə sorğulardan imtina etməsi biznes fəaliyyəti zamanı sonradan yarana biləcək maliyyə itkilərinin və digər neqativ halların qarşısını almağa imkan verəcək.
Eyni zamanda, kontragentlərlə bağlı məlumatların əldə olunması imkanı riskli vergi ödəyiciləri ilə əməliyyatların sayının azalmasına, riskli əməliyyatların aparılmasına görə Vergi Məcəlləsində nəzərdə tutulan məsuliyyət tədbirlərinin, əlavə vergi hesablamaların qarşısının alınmasına xidmət edəcək.
Oxşar xəbərlər
Azərbaycanda vergi ödəyiciləri üçün uçot sistemi təkmilləşdiriləcək
Azərbaycanda 7 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 392 min şəxs qəbul edilib
Naxçıvanda yeni qeydiyyata alınan vergi ödəyicilərinin sayı 23 %-ə yaxın artıb
Azərbaycanda ötən ay vergi ödəyicilərinə xidmət mərkəzlərində 64 mindən çox şəxs qəbul edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
-
İranda partlayışlar qeydə alınıb
-
DİN: 5 tona yaxın narkotik vasitə və psixotrop tərkibli həb məhv edilib
-
“Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər” mövzusunda ictimai müzakirə keçirilib
-
Azərbaycanın U-17 və U-19 millilərinin Avropa çempionatının I mərhələsindəki rəqibləri bəlli olub
-
Tramp amerikalıların İranın Xarq adasını ələ keçirməyi dəstəkləməyəcəyini bildirib
