Vladimir Bolya: “Azərbaycan və Moldova arasında biznes forumları müntəzəm keçirilməlidir”
Azərbaycan-Moldova biznes forumları müntəzəm keçirilməlidir, çünki bu cür tədbirlər əməkdaşlıq imkanlarını genişləndirmək baxımından mühüm rol oynayır.
“Report” xəbər verir ki, bunu Moldovanın Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Vladimir Bolya bu gün Bakıda keçirilən Azərbaycan-Moldova biznes forumunda bildirib.
“Hökumətlərarası Komissiyanın bu gün keçirilən iclası çərçivəsində gələcək iqtisadi əməkdaşlığımızın əsas istiqamətlərini və prioritetlərini müəyyən edən protokol imzalanıb. Bu sənəd əlaqələrin möhkəmləndirilməsi və birgə fəaliyyət üçün aydın yol xəritəsi rolunu oynayır”, - deyə V.Bolya qeyd edib.
Nazirin sözlərinə görə, biznes forumlar investisiya axınını təşviq edən bir katalizator kimi çıxış edir və dayanıqlı inkişaf naminə yeni əməkdaşlıq platformalarının formalaşmasına xidmət edir:
“Bu cür tədbirlər müntəzəm şəkildə təşkil olunmalıdır. Çünki onlar işgüzar dairələr üçün əməkdaşlığın yeni formalarını tapmaq və innovasiyaların tətbiqi baxımından geniş imkanlar yaradır. Əminik ki, bu format çərçivəsində aparılan bugünkü müzakirələr bir çox yeni razılaşmaların təməlini qoyacaq və gələcək layihələrlə bağlı maraqlı ideyalar ortaya çıxacaq. Bu ideyalar hər iki ölkənin iqtisadi tərəfdaşlığına töhfə verəcək və qarşılıqlı inamı gücləndirəcək”.
V. Bolya həmçinin vurğulayıb ki, Azərbaycanın energetika və infrastruktur sahələrində əldə etdiyi uğurlar Moldova üçün xüsusi maraq doğurur:
“Əminik ki, bu sahələrdə Azərbaycandan çox şey öyrənə bilərik. Bu dinamik inkişaf edən sektorda əməkdaşlığın qurulmasını səbirsizliklə gözləyirik”.
Qeyd edək ki, bu gün Azərbaycan Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə Moldovanın Energetika Nazirliyi yanında Milli Dayanıqlı Enerji Mərkəzi arasında “Bərpa olunan enerji sahəsində əməkdaşlığın təşviqi haqqında” Anlaşma Memorandumu imzalanıb.
Oxşar xəbərlər
Vladimir Bolya: "Azərbaycan Moldovanın ticarət tərəfdaşları arasında 57-ci yeri tutub"
Vladimir Bolya: “Biz Azərbaycan şirkətlərini Moldovanın aviasiya mərkəzinə sərmayə qoymağa dəvət edirik”
Baş nazirin müavini: Azərbaycanla Moldova iqtisadi əlaqələri daha da gücləndirilməlidir
Əli Əsədov Moldova Baş nazirinin müavini ilə ikitərəfli əməkdaşlığı müzakirə edib
Baş nazirin müavini: "Aİ bazarına kvotasız çıxış Moldovanın aqrar sektorunu azərbaycanlı investorlar üçün perspektivli edir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
“Balaca Heydərin iki oğlu var” - Prezident
-
Oyun zamanı meydançada öldü
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir












