Dövlət Xidməti: Müraciətləri təmin olunan istehlakçıların sayı 68 % artıb
Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti təbii inhisar subyektlərinin fəaliyyətinə nəzarət tədbirləri çərçivəsində 341 istehlakçının müraciətini təmin edib.
"Report" qurum istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 68 % çoxdur.
Təmin olunan müraciətlər arasında 217-si rabitə, 34-ü qaz təchizatı, 32-si elektrik enerjisi, 26-sı içməli su, 13-ü hava yolu nəqliyyatı, 4-ü kanalizasiya, 4-ü dəmir yolu nəqliyyatı, 3-ü istilik enerjisi, 2-si suvarma, 6-sı isə digər sahələr üzrə qeydə alınıb.
“Təbii inhisar subyektlərinin məhsul istehsalı və satışını, eləcə də xidmət göstərilməsini istehlakçı maraqlarının qorunması baxımından həyata keçirməsi bu sahədə dövlət tənzimlənməsinin mühüm istiqamətlərindən biridir”, - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Dövlət Xidmətində 7 ayda 4 500-dən çox istehlakçının müraciətinə baxılıb
Dövlət Xidməti: İstehlakçı hüquqları ilə bağlı inzibati xətaların sayı 42 % azalıb
Azərbaycanda təbii inhisar subyektlərinin sayı 4 dəfə azaldılıb
Azərbaycanda qəbul edilən yeni dövlət standartlarının sayı 2 dəfə artıb
Azərbaycanda tipi təsdiq edilmiş ölçmə vasitələrinin sayı 10 % artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













