Səudiyyə Ərəbistanı rəsmisi: "Azərbaycanla ticarət dövriyyəmiz potensialımızı tam əks etdirmir"
Səudiyyə Ərəbistanının Azərbaycanla ticarət dövriyyəsi potensialı tam əks etdirmir.
"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə Biznes Şurasının həmsədri Əhməd Ali Al-Dakhil qurumun Bakıda keçirilən 5-ci iclasında bildirib.
"Ötən il iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri cəmi 13 milyon ABŞ dolları təşkil edib. Bu rəqəm artıra bilərik. Ümid edirəm ki, yaxın vaxtlarda iki ölkə ticarət əlaqələrinin genişlənməsində böyük sıçrayışa nail olacaq", - deyə o qeyd edib.
"Səudiyyə Ərəbistanı Azərbaycanın investisiya imkanlarını öyrənməkdə maraqlıdır. Birgə Biznes Şurası ikitərəfli əməkdaşlığın dərinləşməsinə dəstək göstərir və əlaqələrin genişlənməsində uğurlu nəticələr əldə edib", - deyə qonaq əlavə edib.
Oxşar xəbərlər
Səfir: “Ər-Riyad Bakı ilə ticari-iqtisadi əməkdaşlığı genişləndirmək niyyətindədir” - EKSKLÜZİV
Azərbaycan-Səudiyyə Ərəbistanı hökumətlərarası komissiyasının 8-ci iclası yaxın vaxtlarda keçiriləcək
Prezident İlham Əliyev Çernobbioda Səudiyyə Ərəbistanının investisiya naziri ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
