Səfir: “Ər-Riyad Bakı ilə ticari-iqtisadi əməkdaşlığı genişləndirmək niyyətindədir” - EKSKLÜZİV
Səudiyyə Ərəbistanı Azərbaycanla iqtisadi əməkdaşlığı genişləndirməyi planlaşdırır, bu ölkədəki bir sıra şirkətlər də əməkdaşlıq imkanlarına dair Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə danışıqlar aparır.
Bu barədə "Report"a Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli məlumat verib.
“2023-cü ilin sonunda ölkələrimiz arasında ticarət dövriyyəsi 30 milyon ABŞ dollarını bir qədər keçib. Lakin bu rəqəm mövcud potensialı əks etdirmir. Biz ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsinə yönəlmişik. Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə Hökumətlərarası Komissiyası və Birgə İşgüzar Şurası ticarət dövriyyəsinin artırılması məsələsi üzərində işləyir. Çünki bu göstəricini qısa müddətdə dəfələrlə artırmaq üçün bir çox ümumi imkanlar var. Bundan əlavə, yaxın günlərdə Azərbaycana Səudiyyə Ərəbistanının şirkətlərindən ibarət böyük nümayəndə heyətinin səfəri olacaq ki, onlar Azərbaycan tərəfi ilə gələcək əməkdaşlıq istiqamətlərini, birgə iqtisadi və investisiya layihələrinin həyata keçirilməsini müzakirə edəcəklər”, - o vurğulayıb.
Səfir qeyd edib ki, nümayəndə heyətinin səfərinin məqsədi sentyabrın 25-26-da Azərbaycanla iqtisadi əlaqələrin gücləndirilməsi və ölkəyə investisiyaların yatırılması məsələlərinin müzakirə olunacağı II “Körfəz - Azərbaycan" Biznes Forumunda iştirak etməkdir:
“Məsələn, “ACWA Power” Azərbaycana investisiyaların genişləndirilməsi imkanlarını nəzərdən keçirir. Bundan əlavə, Səudiyyə Ərəbistanının bir sıra şirkətləri ölkənizlə enerji sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdırlar. Biz bu cür əməkdaşlığın yeni istiqamətlərini müəyyən etmək üçün SOCAR ilə danışıqlar aparırıq”.
Oxşar xəbərlər
Prezidentin köməkçisi Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri ilə görüşüb
Səudiyyə Ərəbistanından 100-ə yaxın iş adamı Azərbaycana səfər edəcək
Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü münasibətilə tədbir keçirilib
Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü münasibətilə tədbir keçirilib - FOTO
Samir Şərifov: Bakı Ər-Riyada COP29 çərçivəsində birgə təşəbbüslərin həyata keçirilməsini təklif edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













