Azərbaycanda KOB-ların Rəqəmsallaşma Proqramı gələn il tam tətbiq olunacaq
Azərbaycanda kiçik və orta biznes (KOB) sibyektlərinin Rəqəmsallaşma Proqramı gələn ilin I yarısında tam tətbiq olunacaq.
“Report” xəbər verir ki, bunu Proqramın rəhbəri Elturan Əhmədbəyli bildirib.
Onun sözlərinə görə, 4 mərhələdən ibarət olan Proqramın hazırda 3-cü mərhələsi icra edilir: "Sözügedən mərhələyə Təchizatçı Seçim Komitəsinin təşkil edilməsi, maliyyə mexanizmlərinin hazırlanması, yeni rəqəmsal məhsulların yaradılması və KOB-ların elektron ticarət platformaları vasitəsilə beynəlxalq bazarlara çıxışına dəstək planının hazırlanması daxildir. Bu ilin sonuna kimi bəzi yeni rəqəmsal məhsulların test rejimində KOB-ların istifadəsinə verilməsi planlaşdırılır. Sonuncu mərhələdə qeydiyyata alınmış KOB-ların rəqəmsallaşdırılması, təhsil və təlim proqramlarının təşkil edilməsi həyata keçiriləcək".
KOB-ların Rəqəmsallaşma Proqramı onların rəqəmsal alətlərdən və qabaqcıl texnologiyalardan faydalanaraq, rəqabət qabiliyyətini artırmaq və bazar imkanlarını genişləndirmək məqsədilə hazırlanıb. Proqram çərçivəsində kiçik və orta bizneslər üçün maarifləndirici seminar və təlimlərin təşkil olunması, eyni zamanda “CTO-as-a-Service” kimi təşəbbüslər vasitəsilə onların bacarıqların artırılmasına dəstək göstərilməsi nəzərdə tutulur. Layihə çərçivəsində KOB-ların rəqəmsal yetkinliyi qiymətləndirilərək, ehtiyaclarına uyğun fərdi yol xəritələri hazırlanacaq. Rəqəmsallaşma təşəbbüsləri qrantlar və digər maliyyə mexanizmləri ilə dəstəklənməsi də nəzərdə tutulur. KOB-ların rəqəmsal inkişafını sürətləndirmək məqsədilə yaradılmış “digiMATE” platforması artıq ötən aydan istifadəyə verilib.
Oxşar xəbərlər
Samir Məmmədov: "Azərbaycanda rəqəmsal inkişaf üzrə sürətli transformasiya üçün zəmin yaradılıb"
Nazir müavini: "KOB-ların rəqəmsallaşması EGDI hesabatında Azərbaycanın reytinqini artıracaq"
Azərbaycanda rəqəmsallaşma ilə bağlı ehtiyaclar müəyyənləşdirilir
Orxan Məmmədov: "KOB-ların yaşıl transformasiya sahəsindəki problemləri universal xarakter daşıyır"
Sədərək Gömrük Postunda TIR-ların keçidində yaranan sıxlığa aydınlıq gətirildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-li konqresmendən Xameneiyə xəbərdarlıq: "Nə qədər ki, imkan var, İranı tərk et"
-
Ölkədə bəzi ərazilərdə qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
-
Cəlilabad Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub
-
Gündə dörd milyard dollar: ABŞ-nin Venesuela neftinə nəzarət üçün iddialı planı
-
Xamenei müraciət yaydı: Tramp devriləcək!
-
Xamenei: "İslam Respublikası etirazlar qarşısında geri çəkilməyəcək"












