Azərbaycan əczaçılıq məhsullarının idxalına çəkdiyi xərci 16 % azaldıb
sizinxeber.az xəbər saytı

Azərbaycan əczaçılıq məhsullarının idxalına çəkdiyi xərci 16 % azaldıb


Bu ilin yanvar-iyul aylarında Azərbaycan 305,496 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib.

"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 15,6 % azdır.

Hesabat dövründə Azərbaycan həmçinin 2,289 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 6 dəfə azdır.

Əczaçılıq məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 2,83 %-ni, ixrac isə ümumi ixracın 0,01 %-ni təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 26 milyard 892,121 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 11,3 % azdır.

Xarici ticarət dövriyyəsinin 16 milyard 99 milyon ABŞ dolları ixracın, 10 milyard 793 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 22,5 % azalıb, idxal isə 12,9 % artıb.

Son nəticədə xarici ticarətdə 5 milyard 306 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,1 dəfə azdır.

Oxşar xəbərlər

Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo 2 dəfədən çox azalıb
Bu il Azərbaycan 14 milyon tondan çox neft ixrac edib
Bu il Azərbaycan təbii qaz ixracını 3 %-dən çox artırıb
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
Azərbaycanın idxalında azadolmaların həcmi açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər