Azərbaycanın qeyri-neft ixracı 12 %-ə yaxın artıb
Bu ilin yanvar-mart aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,7 % artaraq 862 milyon ABŞ dolları təşkil edib.
"Report" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi (İİTKM) "İxrac icmalı"nın bu ilin aprel sayına dair ilkin göstəricilərində deyilir.
İcmala əsasən, bu dövrdə yeyinti məhsulları üzrə ixrac 25,1 % artaraq 281 milyon ABŞ dollarına bərabər olub.
Bu ilin yanvar-mart aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 4,5 dəfə, pambıq iplik 2 dəfə, bitki və heyvan mənşəli piylər və yağlar 68,4%, pambıq lifi 43,5%, meyvə-tərəvəz 22,1 %, alüminium və onlardan hazırlanan məmulatlar 20,4%, çay 15,1%, spirtli və spirtsiz içkilər isə 4,3 % artıb.
Bu ilin yanvar-mart aylarında aqrar məhsullar üzrə ixrac 26,6 % artaraq 215,6 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac 27,4 % artaraq 88 milyon ABŞ dolları təşkil edib. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 26,8 % artaraq 303,7 milyon ABŞ dollarına bərabər olub.
Oxşar xəbərlər
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 15%-ə yaxın artıb
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 11%-dən çox artıb
Azərbaycanın qeyri-neft ixracı 11%-dən çox artıb
Azərbaycan qeyri-neft-qaz ixracını 1 %-dən çox artırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
