Azərbaycanın TOP-10 özəl şirkətin qeyri-neft ixracı 2,6 dəfə artıb
Bu ilin yanvar-mart aylarında Azərbaycanın özəl şirkətləri arasında qeyri-neft məhsullarının ən böyük ixracatçısı "Azerbaijan International Mining Company Limited" MMC olub.
"Report" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, şirkətin qeyd olunan dövrdə məhsul ixracı 85,3 milyon ABŞ dolları (il ərzində 4,08 dəfə və ya 64,4 milyon ABŞ dolları çox) təşkil edib.
Hesabat dövründə Azərbaycanın qeyri-neft sektorunda fəaliyyət göstərən 10 özəl şirkət 255,6 milyon ABŞ dolları məbləğində ixrac həyata keçirib ki, bu da 2025-ci ilin müvafiq dövrünün göstəricisi (95,9 milyon ABŞ dolları) ilə müqayisədə 2,6 dəfə və ya 159,7 milyon ABŞ dolları çoxdur.
Qeyri-neft məhsulları ixrac edən ən böyük 10 Azərbaycan şirkəti:
| Şirkət | 2026-cı ilin yanvar-mart aylarında ixrac həcmi (milyon ABŞ dolları ilə) | 2025-cı ilin yanvar-mart aylarında ixrac həcmi (milyon ABŞ dolları ilə) | Faiz fərqi % |
| "Azerbaijan International Mining Company" MMC | 85,3 | 20,9 | 308,13% |
| "Prime Cotton" MMC | 43,2 | 22,1 | 95,48 % |
| "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC | 27,8 | 6,1 | 355,74 % |
| "AGRARCO" MMC | 27,6 | 5,9 | 367,8 % |
| "Baku Steel Company" QSC | 19,9 | 11,7 | 70.09 % |
| "P-AQRO" MMC | 12,1 | 9,7 | 24,74 % |
| "TABATERRA" MMC | 11,5 | 5,4 | 112,96 % |
| "PRIME LM" MMC | 10 | 0 | - |
| "KHAN-EL" MMC | 9,7 | 8,2 | 18,29 % |
| "MORS TRADING" MMC | 8,5 | 5,9 | 44,07 % |
Hesabat dövründə Azərbaycanın qeyri-neft-qaz ixracı dəyər ifadəsində ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 % artaraq 862 milyon ABŞ dollarına çatıb.
Oxşar xəbərlər
Azərbaycanın qeyri-neft ixracı 12 %-ə yaxın artıb
Azərbaycan Rusiyaya qeyri-neft-qaz ixracını 3 %-dən çox artırıb
Azərbaycan qeyri-neft-qaz ixracını 11 %-dən çox artırıb
Azərbaycan qeyri-neft-qaz ixracını 18% artırıb
Azərbaycan qeyri-neft-qaz ixracını 15 %-ə yaxın artırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
