Azərbaycan gömrükçüləri ölkəyə qanunsuz mal gətirilməsinin qarşısını alıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
07 
mar
2025
10:00

Azərbaycan gömrükçüləri ölkəyə qanunsuz mal gətirilməsinin qarşısını alıb

07 mar, 2025
10:00
794

Azərbaycan gömrükçüləri ölkəyə qanunsuz mal gətirilməsinin qarşısını alıb

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Azərbaycana qanunsuz yolla gətirilən mallar aşkar edilib.

“Sizinxeber.az” komitəyə istinadən xəbər verir ki, İdarə əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində Dubay-Bakı aviareysində paylaşılaraq sərnişinlər vasitəsilə gömrük qaydalarına riayət etmədən ölkəyə gətirilən müxtəlif növ malların hava limanının ərazisində onlardan toplanması faktı aşkar edilib.

Sərnişinlərdən malları qəbul edən şəxs və onun idarə etdiyi nəqliyyat vasitəsi müəyyənləşdirilərək avtomobilə keçirilən baxış zamanı ölkə ərazisinə şəxsi əşya adı altında gətirilən kommersiya təyinatlı müxtəlif mallar - 7 ədəd “İphone” markalı mobil telefon, 13 ədəd mobil telefon ekranı, 7 ədəd qol saatı, aksiz markasız 38 ədəd elektron siqaret, 3 ədəd ştativ hüquqpozma predmeti kimi götürülüb.

Faktla bağlı araşdıma aparılır.

Dövlət Gömrük Komitəsi tərəfindən bildirilir ki, başqalarına məxsus kommersiya təyinatlı malları şəxsi əşya adı altında gömrük sərhədindən keçirən, habelə belə malları bilə-bilə əldə edən, daşıyan, saxlayan, onlardan istifadə edən və onlar üzərində sərəncam verən şəxslər qanunvericiliklə müəyyən edilmiş məsuliyyət daşıyırlar.

Bizimlə əlaqə saxlayın