Azərbaycanda sərnişinlərə paylanılaraq ölkəyə qanunsuz keçirilən mallar aşkarlanıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda sərnişinlərə paylanılaraq ölkəyə qanunsuz keçirilən mallar aşkarlanıb


Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində kommersiya fəaliyyəti üçün nəzərdə tutulmuş malların gömrük qaydaları pozulmaqla müxtəlif sərnişinlərə paylanılaraq şəxsi istifadə məqsədli mallar qismində gömrük sərhədindən qanunsuz keçirilməsi cəhdinin qarşısı alınıb.

"Report" bu barədə Komitəyə istinadən xəbər verir.

Məlumata görə, nəzarət tədbirləri çərçivəsində sözügedən malları xarici ölkədə sərnişinlərə paylayan Azərbaycan Respublikası vətəndaşının gömrük nəzarəti zonasını tərk etdikdən sonra həmin şəxslərdən topladığı və Heydər Əliyev adına Beynəlxalq Aeroportunun dayanacağındakı avtomobilinə yerləşdirdiyi müəyyənləşdirilib.

Avtomobilə keçirilən baxış zamanı ölkə ərazisinə şəxsi əşya adı altında gətirilən kommersiya təyinatlı mallar - 10 ədəd müxtəlif markalı mobil telefon, 25 ədəd elektron siqaret, 1810 ədəd siqaret və tütün məmulatı, xeyli miqdarda kosmetik vasitələr və ətirlər hüquqpozma predmeti kimi götürülüb.

İlkin araşdırma zamanı sərnişinlər gətirdikləri malların bir şəxsə aid olduğunu bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

"Başqalarına məxsus kommersiya təyinatlı malları şəxsi əşya adı altında gömrük sərhədindən keçirən, habelə belə malları bilərək əldə edən, daşıyan, saxlayan, onlardan istifadə edən və onlar üzərində sərəncam verən şəxslər qanunvericiliklə müəyyən edilmiş məsuliyyət daşıyırlar", - deyə Komitə bəyan edib.

Oxşar xəbərlər

Azərbaycan gömrükçüləri ölkəyə qanunsuz mal gətirilməsinin qarşısını alıb
Xeyli miqdarda malların gömrük nəzarətindən yayındırılmasının qarşısı alınıb
Azərbaycan gömrükçüləri mobil telefon və planşetlər aşkar edib
Ölkəyə qanunsuz yolla kommersiya təyinatlı malların gətirilməsinin qarşısı alınıb
Azərbaycanda 25 kq-dan çox gümüşün qanunsuz yolla gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər