Hesablama Palatası dövlət əmlakının sığortalanmasındakı nöqsanları açıqlayıb
Bəzi hallarda sığorta təminatına daxil olan iddialar üzrə hadisələrin baş verməsindən uzun müddət keçməsinə baxmayaraq, sığorta şirkətləri öhdəliklərin icrasını və ödənişlərin rəsmiləşməsini gecikdirib və yaxud tam təmin etməyib.
"Report" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, dövlətə məxsus əmlak və dövlət büdcəsindən maliyyələşən təşkilatlara məxsus nəqliyyat vasitələrinin icbari sığortası ilə bağlı xərclər hesabat ilində 24,5 milyon manat vəsait icra edilib: "Əvvəlki ildə bu istiqamətdə analitik fəaliyyət aparmışıq. Eyni zamanda, hesabat üzrə bu məsələ kənar dövlət maliyyə nəzarəti tədbiri çərçivəsində diqqətdə saxlayacağıq. Təhlillər göstərir ki, bu bölüşdürülməmiş xərc istiqaməti ilə yanaşı, qurumların smetasında da müvafiq məqsədə vəsait nəzərdə tutulur və icra edilir. Bu sahə üzrə dövlət auditinin bəzi nəticələrini diqqətə çatdırmaq istərdim.
"İcbari sığorta haqqında" qanunun tələbləri pozularaq, təhlil edilən dövlət qurumlarının balansındakı bütün daşınmaz əmlakın sığorta müdafiəsi tam təmin olunmayıb. Sığortalanma prosesi risk amilinə görə deyil, yalnız ayrılmış büdcə vəsaitinin limitinə uyğun icra edilib. Müqavilələr üzrə sığorta hadisələrinin əksəriyyətində kompensasiya mexanizmləri işləməyib. Bəzi hallarda sığorta təminatına daxil olan iddialar üzrə hadisələrin baş verməsinə uzun müddət keçməsinə baxmayaraq, öhdəliklərin icrası və ödənişlərin rəsmiləşməsi gecikmiş və yaxud tam təmin olunmayıb. Bəzi hallarda sığortalanmış əmlaka dəymiş ziyan üzrə büdcədən təkrar xərclər aparılıb. Qeyd olunanları nəzərə alaraq, sığorta risklərinin effektiv idarə olunması üzrə mexanizmlərin gücləndirilməsini və bu xərclərə nəzarətin artırılmasını tövsiyə edərdik".
Oxşar xəbərlər
Vüqar Gülməmmədov müdafiə olunan xərclərlə bağlı tövsiyyələr verib
Vüqar Gülməmmədov büdcənin icrası haqqında qanun layihəsinə dair iradlarını açıqlayıb
Hesablama Palatasının ilk dəfə keçirdiyi KDMN tədbirlərinin payı 50 %-ə yaxınlaşıb
Vüqar Gülməmmədov: "Büdcədə gəlirlər hər il proqnozu üstələyir, xərclər proqnozdan az icra edilir"
Vüqar Gülməmmədov Milli Məclisdə hesabat verir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sabahdan lisey və gimnaziyalara qəbul başlayır
-
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
-
Netanyahu və Tramp Yaxın Şərqdə münaqişənin gərginləşməsini müzakirə ediblər
-
Britaniya süni intellekt üçün superkompüterin yaradılmasına 1 milyard dollar yatırım edir
-
Sabah Şəkinin iki kəndində qaz kəsiləcək
-
Ceyhun Bayramovla Hakan Fidan regional və beynəlxalq prosesləri müzakirə ediblər - YENİLƏNİB
