KOBİA: Bu il 220 biznes planın hazırlanması üçün sahibkarlara dəstək göstərilib
Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 220 biznes plan hazırlanaraq sahibkarlara və biznesə başlamaq istəyən şəxslərə təqdim edilib.
“Sizinxeber.az” KOBİA-ya istinadən xəbər verir ki, bu biznes planlar Bakı şəhəri və ölkə regionlarında istehsal və xidmət sahələrində yeni biznesin qurulması və ya mövcud sahibkarlıq fəaliyyətinin genişləndirilməsini nəzərdə tutur.
Biznes planların əksəriyyəti Bakı iqtisadi rayonunu əhatə edir. Növbəti yerlərdə isə Gəncə-Daşkəsən, Qazax-Tovuz, Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ və digər iqtisadi rayonlar dayanır. Biznes planlardan 73-ü qadın sahibkarlar üçün hazırlanıb. Ümumilikdə isə indiyədək KOBİA sahibkarlar üçün 1 555 biznes planın hazırlanmasına dəstək göstərib.
Qeyd edək ki, KOBİA tərəfindən biznes planın hazırlanmasına ödənişsiz dəstək göstərilir. Bu iş Agentliyin Bakı şəhərində və ölkə regionlarında fəaliyyət göstərən KOB inkişafı mərkəzləri (KOBİM) tərəfindən həyata keçirilir. Belə ki, KOBİM-lər tərəfindən öz biznes planını hazırlamaq istəyən sahibkarlara və biznesə başlayan şəxslərə biznes planın hazırlanması istiqaməti üzrə təlimlər keçirilir və məsləhət xidmətləri göstərilir. Həmçinin, KOBİM-lərin mütəxəssisləri tərəfindən biznes planın hazırlanmasına dəstək təmin olunur. Sahibkarlar və biznesə başlamaq istəyən şəxslər biznes planın hazırlanmasına dəstək üçün KOBİA-ya (
Oxşar xəbərlər
“Bakı KOB evi”ndə sahibkarlara xidmətlərin əksəriyyəti RİNN tərəfindən göstərilib
KOBİA "ACWA Power Azerbaijan Renewable Energy" ilə Anlaşma Memorandumu imzalayıb
Lənkəran-Astara iqtisadi rayonunda KOB dostu ofisi fəaliyyətə başlayıb
KOBİA "yaşıl iqtisadiyyat"a və iqlim dəyişikliyi ilə mübarizəyə dair qlobal təşəbbüslə çıxış edib
KOB Model Müəssisəsinin imkanlarından 61 sahibkarlıq subyekti faydalanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yeni il ərəfəsində bölgələrdə ev kirayələmək neçəyə başa gəlir?
-
Futbol üzrə Azərbaycan Kubokunda ilk 1/4 finalçı müəyyənləşib
-
UNEC-də Beynəlxalq Əlilliyi olan şəxslər gününə həsr edilmiş tədbir keçirilib
-
Sumqayıtda 91 yaşlı qadın 9-cu mərtəbədən yıxılaraq ölüb
-
Azərbaycanda mülki silahın əldə edilməsi proseduru elektronlaşdırılır
-
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (03.12.2024)