Şahin Bağırov Naxçıvan şəhərində vətəndaşları qəbul edib
Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov Naxçıvan Baş Gömrük İdarəsinin inzibati binasında vətəndaşları qəbul edib.
“Report” DGK-ya istinadən xəbər verir ki, komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarının sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Oxşar xəbərlər
DGK sədri Siyəzəndə vətəndaşları qəbul edib
Şahin Bağırov Qəbələdə vətəndaşları qəbul edib
Şahin Bağırov Daşkəsəndə vətəndaşları qəbul edib
Şahin Bağırov Salyanda vətəndaşları qəbul edib
Şahin Bağırov Qusarda vətəndaşları qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













